ENRU

Haqqımızda

ВМТК(Bakı Modern Təhsil Kompleksi)  2012 ci ildən BMM(Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlamışdır. Bu gun BMTK  şagird və valideynlərin etimadını qazanaraq ölkəmizdə öndə gedən böyük bir kompleksə çevilmişdir. Bu inkişaf məhz kompleksin rəhbərliyinin düzgün təhsil siyasətinin aparılmasının və qabaqcıl müəllim heyyətinin fədəkarlığının  birgə fəaliyyətinin bəhrəsidir.

BMTK-ın əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya olmaq, innovativ texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaratmaqdır.

Kompleksin tədris proqramı məktəbəqədər (2-6 yaş),  ibtidai (I-IV), ümumi orta (V-VIII) və tam orta təhsil (IX-XI) səviyyələri üzərində qurulub. Bundan əlavə kompleksdə Amerika «Common Core State Standarts»  standartlarına uyqun proqram tərtib etmiş Beynəlxalq məktəb ayrica fəaliyyət gostərir. Kompleks dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir. Tədris üç dildə - Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

XXI əsrdə gənc nəslə lazım olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, şagirdlərin həyat boyu öyrənməsi üçün vacib olan metakoqnitiv (öz idraki imkanlarını anlamaq) bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması üçün kompleksdə hər cür şərait yaradılıb. Təlim prosesinin yeni təhsil yanaşmaları, səmərəli metod və texnologiyalar üzərində qurulması gələcəkdə yaxşı mütəxəssis olması üçün uşaqların erkən yaşlarından müasir peşə bacarıqları ilə yaxından tanış etdirilməsinə imkan verir.

Kompleks özünəgüvənli, yaradıcı, cəmiyyətə töhfə verən gənclərin yetişməsinə xidmət edən öyrədici mühit yaradır, onların yaradıcı təfəkkürünün inkişafına təsir göstərən innovasiya texnologiyalarından istifadə edilməsini dəstəkləyir. Komplesdə milli mənəvi dəyərlərə yiyələnən şagirdlərin dünya mədəniyyətinə inteqrasiyası onların tənqidi təfəkkürünün inkişafına, problemlərin həlli yollarına yaradıcı yanaşmasına imkan verir.

Kompleksdə xüsusi təhlükəsizlik sistemi yaradılıb. Valideynlər öz övladlarının təlim fəaliyyətini xüsusi proqram vasitəsilə izləyir, onların irəliləmə və ya geriləmələrini nəzarətdə saxlaya bilirlər.