ENRU

Maddi texniki baza

1-ci_sekilBakı Modern Tədris Kompleksi müasir tələblərə cavab verən maddi-texniki baza ilə təmin edilmişdir. Kompleks dörd tədris, üç xidmət binasından və bir avtoparkdan ibarətdir. 

Tədris binaları: məktəbəqədər tədris korpusu, Beynəlxalq məktəb və ibtidai siniflər üçün tədris korpusu, V-XI siniflər üçün korpusu  və  əlavə servis binası.

Xidmət binaları: qazanxana, mühafizə növbətçi binası. 

Yeraltı qaraj nəqliyyat vasitələrinin yerləşdirilməsi, təmiri və yuyulması üçün nəzərdə tutulmuşdur. 

BMM-71“Modern Baby” –muasir körpələr evi-   10 qrup, 10 yataq, 4 məşğələ otağı, musiqi, rəqs, robototexnika, rəsm otaqları, sinema və idman zalı  ilə təmin edilmişdir.

 Kompleksin  beynəlxalq məktəb və ibtidai siniflər üçün tədris korpusu 46 sinif otağı, 2 informatika laboratoriyası, 2 internet-kafe, təbiət elmləri otağı, idman zalı, gimnastika, rəqs, şahmat, təsviri incəsənət, texnologiya və musiqi otaqları, hovuz kompleksindən  ibarətdir. 

20150915-0U1A9831V-XI siniflər üçün tədris korpusu 48 sinif otağı, 3 informatika laboratoriyası, 3 internet-kafe, kimya, fizika, biologiya, astronomiya laboratoriyaları, riyaziyyat, coğrafiya, tarix, ana dili və ədəbiyyat kabinetləri,  idman zalı, gimnastika, rəqs, şahmat, təsviri incəsənət, texnologiya və musiqi otaqları ilə təmin edilmişdir.

Havalandırma, soyutma və istilik sistemləri ilə təchiz olunmuş binalarda tibb məntəqəsi və müasir avadanlıqları olan yeməkxanada fəaliyyət göstərir.

Əlavə servis binasında hovuz kompleksi, trenajor zalı, istirahət üçün kafe fəaliyyət göstərir.