ENRU

Hədəflərimiz

"Hayatın  məqsədi – məqsədli bir həyatdır" -  deyən  Bakı  Modern  Təhsil Kompleksinin  bir çox  hədəfləri  var.  BMTK -in arzusu, məqsədi   Azərbaycanın  gələcək  nəslini   sağlam  və savadlı  yetişdirməkdir. 

0U1A1396

Bakı  Modern  Məktəbinin hədəflərindən  biri   şagirdlərimizin vətənpərvərlik, azərbaycanlılıq və dövlətçilik prinsipləri  əsasında  milli–mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi ilə yanaşı   fiziki, psixoloji və   mənəvi cəhətdən sağlam fərdlər kimi yetişdirilməsidir. Düzgün təşkil edilmış fiziki tərbiyə dərsləri və dərsdənkənar məşğələlər böyüyən  nəslin  nəinki fiziki inkişafını,  həmçinin şagird psixalogiyasının xüsusiyyətlərini müəyyən etməyə , proqnozlaşdırmağa və düzgün istiqamətləndirməyə imkan verir. Bununla yanaşı, Bakı  Modern Təhsil kompleksi  şagirdlərimizin gündəlik qidalanmasını  fərdi olaraq tərtib etməsi və  günümüzün sağlamlıqla bağlı olan böyük problemlərinin   qarşısı erkən vaxtlardan alınması üçün ixstisaslaşmış mütəxəssisləri cəlb etmişdir. Məktəbimizdə şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması, təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.

304876_10200400080555180_976355205_nTəhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə məktəbimizdə “Monitorinq və qiymətləndirmə” şöbəsi yaradılmışdır. Məktəbdə təhsil prosesi qarşısında duran məqsədlərdən ən  mühümü və mürəkkəbi təhsildə keyfiyyətə nail olmaqdır. Bu gün BMM-də təhsilin keyfiyyətini artırmaq məqsədilə ilk növbədə rəhbərliyin yaranmış problemlərə şəxsi mövqeyi müəyyənləşdirilir,yerli və xarici təcrübənin nəticələri öyrənilir, müəllimlərin, şagirdlərin imkan və tələbatları nəzərə alınır. Müasir  təhsil şəxsiyyətyönümlü  olmalıdır. Buna görə də məktəbdə şagirdlərin bütün fəaliyyət növləri üçün hərtərəfli məqsədlər müəyyənləşdirilir. Dərin, möhkəm, nəzəri və praktik əhəmiyyət kəsb edən, daim inkişaf etdirilmə imkanı olan bilik, bacarıq və vərdişlərə sahib müdrik insanlar yetişdirmək məqsədilə məktəbin bütün resurslarından səmərəli istifadə olunur. Bütün təhsil pillələri üzrə tədris proqramlarının, o cümlədən inteqrasiya olunmuş proqramların hazırlanması, onlara uyğun dərs vəsaitlərinin, dərsliklərin hazırlanması, sınaqların keçirilməsi təşkil olunur. Şagird və müəllimlərin asudə vaxtlarının səmərəli keçirilməsi, pedaqoji-psixoloji xidmət təşkil olunur.  

 0U1A0643Bütün  dünyada   olduğu   kimi, ölkəmizdə də   yeniliklər, innovasiyalar  və qloballaşma diqqət mərkəzində olan və öz aktuallığını və zəruriyyətini  qoruyub   saxlayan  mövzulardandır. Bu isə öz növbəsində bütün sahələrdə səriştə və biliklərə  olan tələbatların artmasına gətirib çıxarır və həmin sahələrdə yüksək nailiyyətlərin əldə edilməsi və müvəffəqiyyətlərə nail olmağı daha da çətinləşdirir. Daimi inkişaf, ən son biliklərə yiyələnmək və qlobal trendləri təkib  etmək, bunları vərdiş halına çevirmək məktəbimizin  hədəflərindən  biridir. Məktəbimiz fəaliyyətini başladığı  vaxtdan  etibarən  istər   təhsil-tədris  prosesi,  istərsə də   sosial   fəaliyyətlərindən son yenilikləri tətbiq edib  və  daimi inkişafı prioritet  hədəflərindən   biri   kimi  seçibdir. Buna nümunə kimi məktəbin beynəlxalq hissəsində yeniliklə tətbiqinə başlanan  dünyanın ən müvəffəqiyyətli beynəlxalq məktəblərinin seçimi olan Amerikanın“Commom Core State” tədris metodunu göstərmək olar. Bu metod məktəbimizin məqsədi  olan kritik tənqidi düşüncənin formalaşdırılması və inkişaf etdirilməsi üçün hal-hazırda ən əlverişli yol hesab edilir.Bundan başqa məktəb müdiriyyəti şagirdlərimizin yaradıcılığının artırılması, peşəkar  və akademik həyata hazır olmaları üçün də daima yeniliklərin gətirilməsi və daha mövcud olan metodların inkişaf etdirilməsini daima nəzarətdə saxlayı

 0U1A1833Etik   normaların  qorunub  saxlanılması. Kompleksimizdə etika  və  dürüstlüyün  qorunub  saxlanması, habelə şagirdlərdə bu normaların aşılanması hər bir müəllim və işçinin öhdəsinə düşən  borcdur. Dünya təcrübəsi  göstərir  ki, istər təhsil fəaliyyəti ilə məşğul olan  qurumun yüksək nailiyyətlər əldə etməsi üçün  dürüstlüyün  və  yüksək etik normaların gözlənilməsi cox mühüm  amildir. Etikanın qorunub saxlanılması məktəbimizdə aşağıdakı  prinsiplər əsasında həyata  keçirilir:

Etik normaların  şagirdlərin davranışlarına  tətbiqi

Məktəbin  təhsil-tədris, habelə idarəetməsində etik normaların tətbiqi

Valideynlərə  qarşı  etik  normaların  və   dürüstlüyün  tətbiqi

Valideynlər uşaqların  əsas  tərbiyəçiləridirlər, buna baxmayaraq, məktəbimiz də şagirdlərdə yüksək mənəvi dəyərlərin formalaşması və inkişafında öz töhvələrini  əsirgəmir. Məktəbimizdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər şagirdlərin ləyaqətli vətəndaş kimi formalaşması üçün onlarda məsuliyyət, sədaqət, dürüstlük, insanlığa və qanuna hörməti daima aşılayırlar.Məktəbimiz işçilərindən öz  işlərinə  məsuliyyətlə  yanaşmağı, gördüyü  işlərə  görə  hesabat verməyi və yüksək səriştə göstərməyi tələb edir. Bununla yanaşı, məktəb rəhbərliyi bütun daxili qayda və normaları işçilərə bərabər və ədalətli şəkildə tətbiq olunmasına nəzarət edir.Təhsil-tədris prosesindən başqa, məktəb valideynlərlə münasibətdə də qeyri-etik davranışlara yol vermir və dürüstlük və ədalətlilyin qorunub saxlanmasına ciddi nəzarət edir. Məktəb rəhbərliyi verilmiş hər hansı bir qərarın valideynlərə bərabər şəkildə tətbiq olunmasını  təmin edir.

  0U1A2036Vətənpərvərlik və milli adət-ənənələr. Azərbaycan xalqı qədim tarixə, zəngin adət-ənənələrə, mənəvi dəyərlərə, zəngin mədəni irsə malik olan bir xalqdır. Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi  BMTK tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ulu öndərimiz Heydər Əliyev bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz bizim tariximizi , milli dəyərlərimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

BMTK-da  qorunub saxlanılması istiqamətində çoxlu tədbirlər keçirir. Məktəb şagirdlərinin iştirakı ilə hər il Novruz bayramı və digər milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi buna sübutdur. Təsadüfi deyil ki,İlham Əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olunmasına diqqəti cəlb edərək  : “Azərbaycan xalqı daim öz milliköklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”,- söyləyib.

 BMM-76BMTK-ın məktəbəqədər təhsilinin əsas məqsədi - təhsil, təlim, uşağın sağlamlığınin və fiziki inkişafının mühafizəsi, sağlam həyat tərzinin formalaşması üçün şərait təmin etməkdir.

Əsas məsələlər:

•  uşağın şəxsiyyət kimi  vahid inkişaf etdirilməsi;

• uşaqların oyrənmə fəaliyyətinin formalaşdırılması, onların idrak maraqlarının inkişafı;

• təhlil etmə, ozünüqiymətləndirmə qabiliyyətinin inkişafı

• böyüklərə və həmyaşıdlara  qayğı, hörmət münasibətinin formalaşdırılması.

• müxtəlif sənət növlərinə sevqinin tərbiyə edilməsi, bədii zövqün inkişafı; 

• əmək bacarıqlarının təkmilləşdirilməsi, əməksevərlik hissinin inkişafı;

• sərbəst oriyentasiya  və real dünyada aktiv fəaliyyətə hazır olmanın formalaşması.