ENRU

Standartlaşdırılmış test

SAT və İELTS məşğələləri

Bakı Modern Məktəbinin rus və azərbaycan bölmələrində təhsil alan şagirdlərin bir qisminin ali təhsillərini xaricdə davam etdirmək istəyini nəzərə alaraq, məktəbdə SAT və İELTS proqramları üzrə məşğələlər təşkil edilmişdir. Həmin məşğələləri respublikamızda kifayət qədər təcrübə qazanmış müəllimlər aparır. 

İELTS proqramı üzrə məşğələlər bir dərs 1,5 saat olmaqla həftədə 3 dəfə keçirilir. 

SAT proqramı üzrə məşğələlər bir dərs 1,5 saat olmaqla 3 dəfə riyaziyyat, 3 dəfə ingilis dili tədris olunur.

Bakı Modern Məktəbinin məzunları həmin imtahanları müvəffəqiyyətlə verib, ADA universitetinə qəbul olunublar.