ENRU

Bütün bölmələr üçün

20150915-0U1A9858Qəbul qaydaları

Bakı Modern Məktəbi 2016/2017-cı tədris ili üçün şagird qəbulu elan edir.

Məktəbə qəbul 15may - 30iyun və 15avqust – 15sentyabr  2016-cı il tarixlərində keçirilir.

Məktəbin I sinfinə 6 yaşı tamam olan uşaqlar qəbul olunur. 16 sentyabr - 31 dekabr tarixində 6 yaşı tamam olacaq uşaqlar məktəbə direktorun əmrinə əsasən təyin olunmuş komissiya tərəfindən yoxlanıldıqdan sonra qəbul olunacaqlar. 

Məktəbə qəbul müsahibə və test imtahanı vasitəsilə şagirdin psixoloji xarakteristikasına əsasən aparılacaqdır.

Məktəbə qəbul üçün tələb olunan sənədlər:

 Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 

  • valideynlərin yaşayış yeri haqqında arayış (yaşayış ünvanı qeydiyyat ünvanı ilə eyni olduqda arayış əvəzinə valideynin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti); 
  • doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti; 
  • uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); 
  • 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil. 
  • Ərizədə uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. 
  • uşaq məktəbə hazırlıq mərhələsini keçdiyi halda bu barədə arayış;
  • şagird digər məktəbdən qəbul olunarkən şəxsi iş.