ENRU

Direktorun salamlaması

BMM (3BMTK ailəsinə xoş gəlmişsiniz!

Fəxr ilə qeyd edirəm ki, 2012-ci ildən etibarən tədris ocağımız öz şagirdlərinə keyfiyyətli təhsillə xidmət edir.

Mükəmməl məktəbəqədər, akademik və idman proqramları, dərsdənkənar məşğələlər kompleksi ölkəmizin öndəgedən təhsil mərkəzinə çevirmişdir.

Bizim əsas məqsədfimiz şagirdlərimizi müxtəlif ali təhsil ocaqlarına və peşəkar həyata hazırlamaq, onları qlobal şəxsiyyət kimi yetişdirməkdir.

BMTK öz fəaliyyətini müəyyən edilmiş missiya əsasında məqsədyönlü şəkildə həyata keçirir. Təkmilləşdirilən kurikulum, təhsildə innovasiya, öyrənmə üçün əlverişli mühit və bu kimi amillər daima diqqət mərkəzində saxlanılır. Bu da öz növbəsində kompleksin qarşıya qoyduğu məqsədlərə effektiv şəkildə nail olmasını asanlaşdırır.

Onu da qeyd etməliyəm ki, yuxarıda sadalanların hamısını müntəzəm həyata keçirmək və nailiyyətlərimizi daima artırmaq üçün bizim peşəkarlardan ibarət müəllim və idarə heyətimiz fəaliyyət göstərir. Müvəffəqiyyətlərimizin arxasında sistemləşdirilmiş idarəçiliyin dayanması inkişafımıza güclü təkan verir.

Sizin hamınızı təhsil ocağmızda gedən dinamik prosesin bir hissəsi olmağa dəvət edirik!