ENRU

Müsabiqə Qaydaları

ea33ad9c91da167ac19a5c75c5306883 

İLKİN SEÇİM

  • İlkin seçim mərhələsinin nəticəsində göstəriciləri müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olan namizədlərə test imtahanında iştirakla bağlı bildiriş göndərilir;
  • Namizədlər bildirişdə göstərilən vaxtda imtahanın başlanmasına azı 30 (otuz) dəqiqə qalmış imtahan keçiriləcək ünvanda olmalı, mütləq özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir;
  • Namizədlər imtahan otağında öz yerlərini tutduqdan sonra nəzarətçinin qısa təlimatını diqqətlə dinləməli, təlimat aydın olmadıqda nəzarətçiyə müraciət etməlidirlər;
  • Təlimatlandırma başa çatdıqdan sonra nəzarətçi tərəfindən imtahanın başlanması elan olunur;
  • Test imtahanı pedaqoji və qulluqçuları vəzifələri üzrə 90 (doğsan), fəhlə peşələri üzrə isə 60 (altmış) dəqiqə müddətində fasilə verilmədən keçirilir.

TEST İMTAHANI

PEDAQOJİ VƏZİFƏLƏR

 Pedaqoji vəzifələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 70 (yetmiş) sual verilir:

  • Məntiqi təfəkkürün yoxlanılması ilə bağlı - 15 sual;
  • Dünyagörüşünü müəyyən etmək üçün - 5 sual;
  • Namizədin iddia etdiyi vəzifə üzrə biliklərini müəyyən etmək üçün - 40 sual;
  • Kurrikulm üzrə - 10 sual.

QULLUQÇU VƏZİFƏLƏRİ

Qulluqçu vəzifələri üzrə test imtahanında uğur qazanmaq üçün namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 60 (altmış ) sual verilir:

  • Məntiqi təfəkkür - 15 sual;
  • Dünyagörüşü - 5 sual;
  • İddia edilən vəzifə üzrə biliklərin müəyyən edilməsi - 40 sual.

FƏHLƏ PEŞƏLƏRİ

Fəhlə peşələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə 30 sual verilir:

  • Dünyagörüşünü müəyyən etmək üçün - 5 sual;
  • Namizədin iddia etdiyi peşə üzrə biliklərini müəyyən etmək üçün - 25 sual.

* Test imtahanında hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Suala verilmiş səhv cavab və sualın cavabsız saxlanması düzgün cavabların balına təsir etmir.

* Nəzarətçi tərəfindən imtahanın başa çatması elan olunduqdan sonra namizəd imtahan zalını tərk etməlidir.

* Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə barədə bildiriş göndərilir.

* Uğur qazanmış namizədlərlə testin nəticələri elan edildikdən sonra 14 iş günü ərzində müsahibə keçirilir. Zəruri hallarda göstərilən müddət əvvəlcədən xəbər verilməklə uzadıla bilər.

MÜSAHİBƏ

Test imtahanın nəticəsində uğur qazanmış namizədlərə müsahibədə iştirakla bağlı bildiriş göndərilir.

* Namizəd bildirişdə göstərilən vaxtda müsahibənin başlanmasına azı 30 (otuz) dəqiqə qalmış müsahibə keçiriləcək ünvanda olmalıdır.

* Müsahibə tərkibi azı 3 nəfərdən ibarət olan Müsahibə Komissiyası tərəfindən keçirilir.

* Namizədlə müsahibə fərdi qaydada, maksimum 45 dəqiqəyədək aparılır.

* Müsahibə zamanı namizədin peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri müəyyən edilir.

* Müsahibə zamanı namizədlər sırasından vakansiyanın sayına uyğun ən yüksək bal toplamış namizədlər müsahibədən müvəfəqiyyətlə keçmiş hesab edilir.

Müsahibə yüksək nəticə əldə etmiş, lakin tələb edilən saydan çox namizəd olduğuna görə işlə təmin olunmamış namizədlər  kadr ehtiyatı bazasına daxil edilirlər.

Müsahibə nəticəsində eyni bal toplayan namizədlərdən aşağıdakı ardıcıllıqla daha çox balı olan namizəd uğur qazanmış hesab olunur:

  • Peşəkarlıq göstəricisi;
  • Test imtahanının balı;
  • Fərdi keyfiyyət göstəriciləri;
  • Müvafiq sahə üzrə əmək stajı;
  • Digər üstünlük göstəciləri (müvafiq sahə üzrə təhsil istiqaməti və ixtisası, sertifikatlar, xarici dil bilikləri, kompüter bilikləri və s.)

* Müsahibə ümumilikdə başa çatdıqdan sonra namizədin müsabiqə nəticələri barədə onlara elektron poçt və ya telefon əlaqəsi vasitəsilə məlumat verilir.

* Müsahibədə uğur qazanmamış namizəd yalnız həmin imtahan başa çatdıqdan 3 ay sonra eyni adlı vakansiya üzrə müraciət etmək hüququna malikdir.

* Namizədlə eyni vakansiya üzrə 1 il ərzində iki dəfədən artıq müsahibə keçirilmir.