ENRU

Xəbərlər

10 May

Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə açıq dərs təşkil olundu


10 may 2019-cu il tarixində məktəbimizin akt zalında tarix müəllimləri Gülarə Əfəndiyeva və Hamlet Əliyev tərəfindən 5-7-ci sinif şagirdlərinin iştirakı ilə böyük şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə açıq dərs təşkil olundu. Şagirdlər interaktiv olaraq böyük liderin həyat yaradıcılığından, onun Vətən yolundakı dəyərli işlərindən, parlaq zəkası və nəsihətlərindən ibarət təqdimatla tanış oldular. Şagirdlər və müəllimlər Heydər Əliyevlə bağlı bildikləri infirmasiyaları paylaşaraq, müxtəlif sual-cavablarla yaddaşlarını yenilədilər.

"Xəbərlər" bölməsinə qayıtmaq
Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə açıq dərs təşkil olundu