ENRU

Xəbərlər

1 May

Zirvəyə gedən yol


Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında həyata keçirilir.

Keyfiyyətə nəzarət departamenti tərəfindən qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə 02.11.18-ci il tarixindən etibarən yeddi sınaq imtahanı keçirilmişdir.

İmtahanlarda 91 nəfər şagird iştirak etmişdir.

Bakı Modern Təhsil Kompleksinin IV ixtisas qrupu üzrə keçirilmiş sonuncu sınaq imtahanında ən yüksək bal toplayan gələcək məzunumuz Nigar Məmmədli 616 bal toplayıb.

Qeyd edək ki, Nigar təkcə təhsildə deyil, eyni zamanda incəsənət sahəsində də böyük nailiyyətlər əldə edib.

Həmçinin Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində respublika "Puşkin və Şərq" şüarı altında keçirilmiş layihəsinin qalibi olmuşdur.

Nigarı, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik! Qəbul imtahanından daha yüksək nəticə göstərəcəyinə inanırıq.

"Xəbərlər" bölməsinə qayıtmaq
Zirvəyə gedən yol