ENRU

Xəbərlər

11 Jun

İnformatika fənnindən müsabiqə


10.06.19-cu il tarixində Bakı Modern Təhsil Kompleksində "Ümumdünya Uşaqlar Günü"-nə həsr olunmuş informatika fənnindən müsabiqə keçirilmişdir. Müsabiqədə 2-ci sinif şagirdləri iştirak etmişdir.
Şagirdlər tədbir çərçivəsində üç nominasiya üzrə yarışırdılar: Qrafiq redaktor proqramında “Ən yaxşı rəsm” , “Mənə çata bilərsənmi” Mətn redaktor proqramında mətnin sürətli yazılması və “Ən maraqlı təqdimat”.
Beləliklə, müsabiqənin münsifləri tərəfindən seçilmiş ən yaxşı rəsm əsərinin, sürətli mətnin və maraqlı təqdimatın yaradılmasında şagirdlər sertifikatla təltif edilmişdir. 
Bunlar:
“Ən yaxşı rəsm” nominasiyasında: 
1 yer - Səfərov Tofiq, Hüseynova Ülkər
2 yer - Rəsulzadə Sübhan, Əliyeva Esmira
3 yer - Meşədiyeva Səfiyə.
“Mənə çata bilərsənmi” nominasiyasında:
1 yer - Mustafayeva Sara
2 yer - Qasımlı Ramiz
3 yer - Nuriyev Nahid
“Ən maraqlı təqdimat”-ın qalibi isə Orucov Şaiq olmuşdur.
Qalibləri və iştirakçıları təbrik edirik ! Onlara gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!

"Xəbərlər" bölməsinə qayıtmaq
İnformatika fənnindən müsabiqə