ENRU

Xəbərlər

13 Jun

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya


13.06.2019-cu il tarixdə BMTK-nın 3a sinif şagirdləri “Mədəni irsimiz” tədris vahidində olan mövzularla əlaqədar olaraq "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyaya getmişlər. Ekskursiya zamanı qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri tanış olmuşlar. Şagirdlər ekskursiya zamanı Azərbaycanın təbii sərvətləri, qədim insanların həyat tərzi haqqında məlumatlar əldə etmişlər.

"Xəbərlər" bölməsinə qayıtmaq