ENRU

Xəbərlər

19 Jun

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi


İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Bakı Modern Təhsil Kompleksi üzrə fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində 2 şagird, Qaybalıyev Turqay riyaziyyat fənni - qızıl medal, Sofiyev Sərdar informatika fənni - bürünc medallara layiq görülüb.
BMTK kollektivi olaraq qalibləri ürəkdən təbrik edirik!

"Xəbərlər" bölməsinə qayıtmaq
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi