ENRU

Xəbərlər

27 Jun

Müəllimlərimizə sevinc bəxş edən məzunlarımız.


Bakı Modern Təhsil Kompleksi bütün Azərbaycan təhsil ictimayyətini, abituriyentləri, onların valideynlərini növbəti qəbul imtahanlarının başa çatması münasibəti ilə təbrik edir. 

Qəbul imtahanlarının yüksək səviyyədə təşkili, abituriyentlərə bilik və bacarıqlarını göstərmək üçüm rahat şəraitun yaradılmasına görə Dövlət İmtahan Mərkəzinin kollektivinə təşəkkür bildirir.

Böyük fəxr hissi ilə demək istəyirik ki, imtahanların yeni formatda təşkil olunmasını nəzərə alaraq, 7 yaşı olan təhsil ocağımızın məzunları Qəbul İmthanlarında nəticələrinə görə seçiliblər. Beləki, Kompleksin 29 məzunu imtahanda iştirak etmişdir və onlardan 3 nəfər 600+, 10 nəfər isə 500+ nəticə göstərmişdir ki, bu da ümumi hesabda 45% deməkdir. 

Mövsumova Gülər - 625 bal (III ixtisas qrupu),

Məmmədli Nigar - 615 bal (IV ixtisas qrupu),

Əliyev Tural - 610 bal (II ixtisas qrupu) - müəllimlərimizə sevinc bəxş edən məzunlarımızdır. 

Əliyev Əziz - 587 bal (III ixtisas qrupu), 

Əliyev Sərxan - 586 bal  (II ixtisas qrupu),

Abdinova Leyla - 578 bal (III ixtisas qrupu),

Allahverdiyeva Ayan - 550 bal (III ixtisas qrupu),

Abbasov Əli - 545 bal (II ixtisas qrupu),

Məmmədova Aysu - 532 bal (I ixtisas qrupu),

Həsənov Radiq - 525 bal (II ixtisas qrupu),

Ömərli Novruz - 512 bal (III ixtisas qrupu),

Səfərov Elvin - 509 bal (II ixtisas qrupu),

Xanlarova Ləman - 505 bal (I ixtisas qrupu),

 

fərqlənən məzunlarımızdır. 

Əziz uşaqlar qəbul imtahanı həyatınızda ilk imtahandır. Siz onu uğurla keçdiniz. Qarşıda sizi bir çox sınaqlar gözləyir, Vətənin müdafiə etmək, Ailə qurmaq bunlardan ən önəmlisidir. 

Sizə sevinc dolu həyat, xoşbəxt gələcək arzu edirik. 

Təbrik edirik.

"Xəbərlər" bölməsinə qayıtmaq
Müəllimlərimizə sevinc bəxş edən məzunlarımız.