ENRU

Xəbərlər

3 Oct

Uşaqlar güllərdən dəyərlidir.


Bakı Modern Təhsil Kompleksi Sizi “Uşaqlar güllərdən dəyərlidir”xeyriyyə aksiyasında iştirak etməyə dəvət edir. Ötən tədris ilində start götürən bu layihə müəllim-valideyn birliyinin şagirdləri humanistliyə, tolerantlığa çağırışı kimi bütün respublika ictimayyətində səs salmış, gənc nəslin təlim-tərbiyəsində müsbət rol oynamışdır. 

Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, Kompleksdə təhsil alan şagirdlərin valideynləri müəllimlərə qoşularaq uşaq evləri, qocalar evlərini, xəstəxanaları ziyarət etmiş, xüsusi qayğıya ehtiyacı olan insanlara nəinki maddi, həm də mənavi dəstək olmuşlar.

min aksiya zamanı 15349,7 AZN məbləğində pul vəsaiti toplanmış, ehtiyac sahiblərinə yardım məqsədi ilə sərf olunmuşdur. Onu da vurğulamaq istəyirik ki, Bakı şəhəri İcra Hakimiyyətlərinin nümayəndələri Kompleksə bu xeyirxah işdə dayaq olmuş, xeyriyyəçilərimizi ümid gözləyən ünvanlara yönəltmişlər. Aksiyadan toplanan vəsaitin hesabatını Sizə təqdim etmək istəyirik:

  1. 1. Böyrək xəstəliyi – dializ proseduru – 2000 AZN.
  2. 2. Amputasiya təhlükəsi olan xəstənin müalicəsi – 1754 AZN.
  3. 3. Əlil arabalarının alınması – 3080 AZN.
  4. 4. Görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti zəif olan uşaqlara geyim – 653,5 AZN.
  5. 5. Qəyyumluqda olan yetim uşaqlara maddi yardım – 4261,32 AZN.
  6. 6. Qarabağ qazilərinə – 3559,34 AZN.  

Cəmi: 15308.16 AZN, qalıq 41 AZN.

Hesabat haqqında ətraflı məlumatı Kompleksə müraciət edərək öyrənmək olar. Köməklik göstərdiyimiz vətəndaşların adları etik normalara görə açıqlanmayıb.

Xeyriyyəçilik xalqımıza ulu babalarımızdan miras qalmış qiymətli ənənədir. Bu ənənəni qorumaq və uşaqlarda tərbiyə etmək hər vətəndaşın borcudur. 

 

"Xəbərlər" bölməsinə qayıtmaq
Uşaqlar güllərdən dəyərlidir.