ENRU

Xəbərlər

10 May

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi!


10 may 2013-cü il tarixdə Bakı Modern Məktəbində böyük bir canlanma hiss olunurdu. Bu gün bütün Azərbaycanda olduğu kimi, özünün ilk qədəmlərini atan Bakı Modern Məktəbində də müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi təntənəli şəraitdə qeyd olunurdu. Şagirdlər, müəllimlər və valideynlər akt zalına toplaşdılar. Əvvəlcə Dövlət Himni səsləndi. Sonra isə tədbir başlandı. Məruzəçilər Heydər Əliyevin fəaliyyəti , xalqımız üçün gördüyü işlərdən danışdılar. Axırda məktəb şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Təhsildə əldə etdikləri nailiyyətlərə görə fərqlənən şagirdlər diplomlarla mükafatlandırıldılar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi!

10 Apr

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş


Tədbiri məktəbin direktoru Gülarə Əfəndiyeva açıq elan etdi.Tədbirdə Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən video-slayd nümayiş olundu. Kitabxana rəhbəri Şahbazova Ziba Xalq yazıçısının keçdiyi ömür yoluna nəzər saldı. Tədbirin sonunda Çingiz Abdullayev məktəbin kollektivi üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi.

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş

6 Apr

"İNEPO AVRASİYA" VII Benəlxalq Ətraf Mühitin Mühafizəsi Olimpiadası


Aprel ayının 5-i və 6-sı Bakıda " İNEPO AVRASİYA" VII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Olimpiadası keçirildi. Bu ilki tədbirə 45 xarici ölkə nümayəndələri qatılmışdı. Olimpiadada Azərbaycanın 180 məktəbindən təqdim olunmuş 214 iş arasından seçilən 78 layihədən biri də Bakı Modern Məktəbinin müəllimi Şirin Məmmədovanın və 8-ci sinif şagirdi Fətullayev Teymur ilə 10-cu sinif şagirdi Daşdəmirov Ümidin " BƏS SƏN YER KÜRƏSİNİ FƏLAKƏTDƏN NECƏ XİLAS EDİRSƏN? " adlı tədqiqat işi oldu. Təqdimetmə zamanı şagirdlər başladıqları aksiyaya ilk dəstəyi İDEA Ekoloji Təşkilatının rəhbəri Leyla Əliyevanın petisiyanı imzalaması ilə aldılar. Olimpiadada fəal iştirak edən təmsilçilərimiz Beynəlxalq sertifikatla təltif olundular.

18 Mar

Novruz el bayramıdır!


Respublikamızda il ərzində müxtəlif bayramlar keçirilir: Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və s. Bu bayramlardan ən sevimlisi milli bayramımız olan Novruz bayramıdır. Novruz yeni gün deməkdir.Bizim məktəbin şagirdləri də bu bayramı çox səbirsizliklə gözləyirdilər. Bu səbəbdən məktəbimizdə çox gözəl Novruz bayramı təşkil etdik. Tədbirimizdə bir çox tanınmış el sənətkarlarımz iştirak etdilər. Bayrama hamının sevimlisi, görkəmli qarmon ustası Aftandil İsrafilov öz çıxışı ilə bəzək qatdı. Bayramda müğənni Elnurun şirin mahnıları,Kosa və Keçəlin məzəli söhbətləri, milli rəqslər şagirdlərin sevincinə səbəb oldu.

Novruz el bayramıdır!

7 Mar

8 Mart - Analarımızın bayramıdır!


Ana qəlbi möcüzələr xəzinəsidir. Dünyada misli – bərabəri olmayan varlıq – yaranışın əsl möcüzəsi anadır.Bu əvəzsiz qadına, bu əvəzsiz anaya nə yazsaq, nə desək azdır! Dünyamızın xilaskarı olan qadınların bayramını Bakı Modern Məktəbi də böyük həvəslə, təntənə ilə qeyd etdi.Gözəl rəqslər, tamaşalar, ürəkdən gələn ən şirin sözlər analara, qadınlara həsr olundu.

8 Mart - Analarımızın bayramıdır!