ENRU

Xəbərlər

5 Oct

Müəllimlik dünyada ən çətin eyni zamanda ən şərəfli və ən gözəl peşədir.


Hər il oktyabrin 5-i Dünyada Müəllim günü qeyd olunur. Bu gün müəllimlərin peşə bayramıdır. Müəllimlik dünyada ən çətin eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən Bakı Modern Məktəbinin müdiriyyəti də məktəbdə çalışan müəllimlərə hörmətlə yanaşmış, pedaqoji kollektivi təbrik etmiş, onların əməyinə yüksək qiymət vermişdir.

Müəllimlik dünyada ən çətin eyni zamanda ən şərəfli və ən gözəl peşədir.

23 Sep

Sevimli aktyorumuz Cahangir Novruzovla görüş


23 sentyabr tarixində Bakı Modern Məktəbində sevimli aktyorumuz Cahangir Novruzovla görüş keçirildi. Görüşdə Cahangir Novruzov öz həyat yolundan, sevimli aktrisamiz Nəsibə Zeynalova ilə bağlı xoş xatirələrini şagirdlərlə bölüşdü. Çəkildiyi filmlərdən yaddaqalan hadisələri xatırlayaraq şagirdlərdə böyük maraq oyatdı.

Sevimli aktyorumuz Cahangir Novruzovla görüş

16 Sep

"Bilik günü" ənənəvi olaraq Bakı Modern Məktəbində də təntənəli şəkildə qeyd olundu.


15 sentyabr ölkəmizdə yeni dərs ili başlayır.

“Bilik günü” – Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir.

“Bilik günü” ənənəvi olaraq Bakı Modern Məktəbində də təntənəli şəkildə qeyd olundu. Bayram münasibətilə şagirdləri, pedaqoji kollektivi, valideynləri və qonaqları məktəbin direktoru Gülarə xanım Əfəndiyeva salamladı. Yeni dərs ilində onlara uğurlar arzuladı.Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirdə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Ofelya Sənani də pedaqoji kollektivi, şagirdləri təbrik etdi və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzuladı.

1 Jun

BMM-də yay məktəbinə start verildi.


Artıq 2012/2013-cü dərs ili başa çatmışdır. Buna baxmayaraq, özünün ilk dərs ilini başa vuran Bakı Modern Məktəbində böyük bir canlanma hiss olunmaqdadır. Məktəblilərin yay tətili günləri başlasa da, Bakı Modern Məktəbinin şagirdləri onlar üçün təşkil olunmuş yay məktəbinə həvəslə gəlirlər. Məktəbdə şagirdlər üçün hər cür şərait yaradılmışdır. Onlar bir tərəfdən il ərzində keçdikləri materialları təkrar edir, digər tərəfdən isə öz asudə vaxtlarını səmərəli keçirirlər.

BMM-də yay məktəbinə start verildi.

10 May

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi!


10 may 2013-cü il tarixdə Bakı Modern Məktəbində böyük bir canlanma hiss olunurdu. Bu gün bütün Azərbaycanda olduğu kimi, özünün ilk qədəmlərini atan Bakı Modern Məktəbində də müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi təntənəli şəraitdə qeyd olunurdu. Şagirdlər, müəllimlər və valideynlər akt zalına toplaşdılar. Əvvəlcə Dövlət Himni səsləndi. Sonra isə tədbir başlandı. Məruzəçilər Heydər Əliyevin fəaliyyəti , xalqımız üçün gördüyü işlərdən danışdılar. Axırda məktəb şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Təhsildə əldə etdikləri nailiyyətlərə görə fərqlənən şagirdlər diplomlarla mükafatlandırıldılar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi!

10 Apr

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş


Tədbiri məktəbin direktoru Gülarə Əfəndiyeva açıq elan etdi.Tədbirdə Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən video-slayd nümayiş olundu. Kitabxana rəhbəri Şahbazova Ziba Xalq yazıçısının keçdiyi ömür yoluna nəzər saldı. Tədbirin sonunda Çingiz Abdullayev məktəbin kollektivi üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi.

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş

6 Apr

"İNEPO AVRASİYA" VII Benəlxalq Ətraf Mühitin Mühafizəsi Olimpiadası


Aprel ayının 5-i və 6-sı Bakıda " İNEPO AVRASİYA" VII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Olimpiadası keçirildi. Bu ilki tədbirə 45 xarici ölkə nümayəndələri qatılmışdı. Olimpiadada Azərbaycanın 180 məktəbindən təqdim olunmuş 214 iş arasından seçilən 78 layihədən biri də Bakı Modern Məktəbinin müəllimi Şirin Məmmədovanın və 8-ci sinif şagirdi Fətullayev Teymur ilə 10-cu sinif şagirdi Daşdəmirov Ümidin " BƏS SƏN YER KÜRƏSİNİ FƏLAKƏTDƏN NECƏ XİLAS EDİRSƏN? " adlı tədqiqat işi oldu. Təqdimetmə zamanı şagirdlər başladıqları aksiyaya ilk dəstəyi İDEA Ekoloji Təşkilatının rəhbəri Leyla Əliyevanın petisiyanı imzalaması ilə aldılar. Olimpiadada fəal iştirak edən təmsilçilərimiz Beynəlxalq sertifikatla təltif olundular.

18 Mar

Novruz el bayramıdır!


Respublikamızda il ərzində müxtəlif bayramlar keçirilir: Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və s. Bu bayramlardan ən sevimlisi milli bayramımız olan Novruz bayramıdır. Novruz yeni gün deməkdir.Bizim məktəbin şagirdləri də bu bayramı çox səbirsizliklə gözləyirdilər. Bu səbəbdən məktəbimizdə çox gözəl Novruz bayramı təşkil etdik. Tədbirimizdə bir çox tanınmış el sənətkarlarımz iştirak etdilər. Bayrama hamının sevimlisi, görkəmli qarmon ustası Aftandil İsrafilov öz çıxışı ilə bəzək qatdı. Bayramda müğənni Elnurun şirin mahnıları,Kosa və Keçəlin məzəli söhbətləri, milli rəqslər şagirdlərin sevincinə səbəb oldu.

Novruz el bayramıdır!

7 Mar

8 Mart - Analarımızın bayramıdır!


Ana qəlbi möcüzələr xəzinəsidir. Dünyada misli – bərabəri olmayan varlıq – yaranışın əsl möcüzəsi anadır.Bu əvəzsiz qadına, bu əvəzsiz anaya nə yazsaq, nə desək azdır! Dünyamızın xilaskarı olan qadınların bayramını Bakı Modern Məktəbi də böyük həvəslə, təntənə ilə qeyd etdi.Gözəl rəqslər, tamaşalar, ürəkdən gələn ən şirin sözlər analara, qadınlara həsr olundu.

8 Mart - Analarımızın bayramıdır!