ENRU

Xəbərlər

6 Mar

Sumqayıt Texnologiyalar Parkına ekskursiya


Uşaqlarda mühəndislik peşəsinə maraq yaratmaq və onları maarifləndirmək məqsədilə BMTK-nin şagirdləri Sumqayıt Texnologiyalar Parkına ekskursiyaya getdilər.

Daha ətraflı
Sumqayıt Texnologiyalar Parkına ekskursiya

5 Mar

"Maslenitsa" bayramı


Hər zaman olduğu kimi, Bakı Modern Təhsil Kompleksində bütün xalqların bayramları keçirilir. Bu il də, 5 mart tarixində BMTK-da slavyan xalqlarının qədim bayramlarından olan bahar və günəş bayramı - "Maslenitsa" qeyd edildi. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

2 Mar

“Ümumdünya Ucadan Oxu Günü”


Hər il mart ayının 2-si LitWorld şirkətinin təşəbbüsü ilə “Ümumdünya Ucadan Oxu Günü” qeyd olunur. Ucadan oxuya qulaq asan uşaqlar, tezliklə sərbəst oxumağı öyrənməyə can atırlar. Sərbəst oxuma zamanı uşaqlar fikirlərini mətn üzərində toplaya bilmir və bütünlüklə kitabı başa düşə bilmirlər, buna görə də kitabxanaçı ilə söhbət oxunulanları anlamaqda böyük rol oynadığı kimi, həm də onu emosional dərk etməyə də kömək edir.

Daha ətraflı
“Ümumdünya Ucadan Oxu Günü”

28 Feb

Üzeyir Hacıbəyovun ev muzeyinə ekskursiya


Dərslərin praktik və sinifdənxaric üsullarla keçirilməsi şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirməsinə imkan yaradır. Buna görə BMTK-da daima dərslərin muzeylərdə təşkilinə imkan yaradılır.

Daha ətraflı
Üzeyir Hacıbəyovun ev muzeyinə ekskursiya

25 Feb

“Şən estafetlər”


25.02.2019-cı il tarixində Bakı Modern Təhsil Kompleksində "Şən Estafetlər" adı altında yarışa start verildi. Ənənəvi olaraq bu yarışa artıq 3-cü ildir ki, BMTK-a ev sahibliyi edir. Yarış Bakı şəhərində yerləşən beynəlxalq məktəblərinin 3-4-cü sinifləri arasında kecirilir.

Daha ətraflı
“Şən estafetlər”

21 Feb

"Ana dili günü"


21 fevral 2019-cu ildə Bakı Modern Beynəlxalq məktəbində "Ana dili günü" nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə beynəlxalq məktəbin 4, 5, 6, 7-ci sinif şagirdləri fəal iştirak etmişlər. Şagirdlər ingilis, rus və azərbaycan dilində təqdimatlar təqdim edərək bütün dillərə məhəbbət və hörmətlərini , onları neçə həvəslə öyrəndiklərini bir daha nümayiş etdirmişlər.

18 Feb

"Sıçrayış" uşaq basketbol klubunun “Qış kuboku” turniri


Bakı Modern Təhsil Kompleksinin 4int1 şagirdi Xudiyev Burhan 2009-2011-ci təvəllüdlü basketbolçular arasında Sıçrayış uşaq basketbol klubunun “Qış kuboku” turnirində I yerə layiq görülmüşdür. Burhan komandası ilə bərabər qalib gələrək şəhər olimpiadasına vəsiqə qazanmışdır.

Daha ətraflı

14 Feb

“Beynəlxalq Kitab Bağışlama Günü”


Təqvimdə ən gənc bayramlardan biri olan “Beynəlxalq Kitab Bağışlama Günü” 2012-ci ildən hər il fevral ayının 14-ü qeyd edilir. Bu gün ümumilikdə kitaba maraq yaradır və bütün insanları oxuda birləşdirir.

Tədbirdə məktəbin 2r3, 3a, 3in1, 3in2 və 3in3 siniflərin şagirdləri fəal iştirak edib, şəxsi kitabxanalarından artıq oxuyub bitirdikləri kitablarından bir-birinə bağışlamaq üçün digər iştirakçı uşaqlara təqdim etdilər.

“Beynəlxalq Kitab Bağışlama Günü”

12 Feb

“Xəmsə” Milli İntellektual oyun


12 fevral 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində Xəmsə İntellektual Yarışmasında 3-4-cü sinif şagirdləri bilik və bacarıqlarını sınadılar. Gərgin, eyni zamanda olduqca maraqlı keçən oyunda 3A1 komandası qalib gəldi.

Bütün iştirakçı komandalara sərgilədikləri yüksək bilik və bacarıqları üçün təşəkkür edirik. Uğurlar!

“Xəmsə” Milli İntellektual oyun

7 Feb

“Gimnastika-fantastika!”


Məktəbəqədər yaşlı uşaqlar üçün gimnastika kiçik əhəmiyyət daşımır. Uşaqın böyüməsi və onun harmonik inkişafı üçün xüsusilə vacibdir. Məktəbəqədər uşaqlar üçün düzgün təşkil edilən gimnastika uşağın bədəninə streslərin və müasir ekologiyaynın mənfi təsirini bir dərəcədə kompensasiya etməyə imkan verir.

Daha ətraflı
“Gimnastika-fantastika!”