ENRU

Xəbərlər

24 Jan

“Şən estafetlər”


Bakı Modern Təhsil Kompleksində ənənəvi olaraq hər il I-IV siniflər arasında “Şən estafetlər” adlı idman yarışı təşkil edilir. Bu dəfəki yarış III siniflər arasında keçirildi. Gərgin keçən mübarizədə 3r2 sinifi I yerə layiq görüldü. 
Bu yarışların keçirilməsində əsas məqsəd şagirdlərin idmana olan marağını daha da artırmaqdır. Çünki idman sağlamlıqdır, ruhun qidasıdır.

“Şən estafetlər”

23 Jan

Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri


23.01.2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirildi. Turnirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha ətraflı
Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri

21 Jan

“Əli və Zümrüdün sehrli xalçası”  


21.01.2019-cu il tarixində Bakı Modern Beynəlxalq Məktəbinin kitabxanasının təşkilatçılığıyla uşaq yazıçısı Əsli Səmədova ilə görüş keçirilmişdir. Kitabxana rəhbəri Ziba Şahbazova yazıçını salamlayaraq dəvəti qəbul edib BMBM şagirdləri ilə görüşə gəldiyi üçün yazıçıya öz minnətdarlığını bildirmişdir.

Daha ətraflı
“Əli və Zümrüdün sehrli xalçası”   

21 Jan

“Ölümə ölməzlik yazan şəhidlərimiz!”


21.01.2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində 20 yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı “Ölümə ölməzlik yazan şəhidlərimiz!” adlı ədəbi bədii kompazisiya təşkil edilib. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Daha ətraflı
“Ölümə ölməzlik yazan şəhidlərimiz!”

16 Jan

Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya.


16.01.2019-il tarixində «Modern Baby» körpələr evi-uşaq bağçasının azərbaycan və rus bölməsinin məktəbəhazırlıq qruplarının müəllim heyəti və uşaqları Milli İncəsənət Muzeyində «Bədii lövhələr» adlı layihədə iştirak etdilər.

Daha ətraflı
Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya.

8 Jan

Çərxi-Fələk Bilik yarışması


08 yanvar 2019-cu il tarixində məktəbimizin 6/11-ci sinif şagirdləri arasında bütün fənnlər üzrə təşkil olunmuş "Çərxi-Fələk" Bilik yarışmasında 7A1 sinfinin komandası 1-ci yeri tutaraq Çempion adına layiq görüldülər. Qalibləri, onların müəllimlərini və valideynlərini təbrik edirik.

Çərxi-Fələk Bilik yarışması

28 Dec

Yeni il şənliyi Qusarda!


27, 28 dekabr tarixində Bakı Modern Təhsil Komleksinin kollektivi Azərbaycanın gozəl guşəsi Qusarda Yeni il şənliyini qeyd etmişdir. BMTK-ya hədiyyə olaraq Qusara ilk qar yagmişdır. Böyük və mehriban ailəmizlə şənlik qeyd etdik, qar topu oynadiq, hətta qar adamı düzəltdik. Butun BMTK ailəsinə can sagllgı, ailə səadəti arzu edirik.

 

Yeni il şənliyi Qusarda!

21 Dec

BMTK-da məktəblərarası Futbol yarışı


21.12.2018-ci il tarixində Bakı Modern Təhsil Kompleksində Dünya Azərbacanlıların Həmrəylik Gününə həsr edilmiş məktəblərarası futbol yarışı keçirilmişdir.

BMTK-da məktəblərarası Futbol yarışı

20 Dec

BMTK daim şagirdlərdə bədii qiraətə olan marağı artırır.


Oxunun normal sürəti onun ifadəliliyi və məzmununun şüurlu düşünülməsini təmin edir. Şagirdlərdə oxunun düzgünlüyünü təmin etmək üçün əsas şərtlərdən biri də oxu sürətinin tənzim edilməsidir.

Daha ətraflı
BMTK daim şagirdlərdə bədii qiraətə olan marağı artırır.

17 Dec

Mənim Bakı haqqında ilk kitabım


14 dekabr tarixində Baku Modern Təhsil Kompeksinin III və IV sinif şagirdləri ilə görüşə çox maraqlı bir qonaq gəldi. O, hamının sevimlisi Bəhram Bağırzadə idi. Şagirdlər bu görüşdən ilhamlanaraq ona çox sayda maraqlı suallar ünvanladılar. Bəhram Bağırzadə “Mənim Bakı haqqında ilk kitabım” adlı kitabını imzalayaraq şagirdlərimizə təqdim etdi. O ümid edir ki, uşaqlar bu kitabı oxuduqdan sonra biliklərini və ünsiyyət bacarıqlarını təkmilləşdirəcəklər.

Mənim Bakı haqqında ilk kitabım