ENRU

Xəbərlər

3 Apr

Milli sənət nümunələri


Ətraf aləmlə tanışlıq uşaqların mənəvi dünyasının, duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir. 
03.04.2019-cu il tarixində, “Milli sənət nümunələri” mövzusu ilə əlaqədar olaraq, 210, 305-ci qrupun uşaqları dulusçuluq üzrə ustad dərsində iştirak etdilər.

Daha ətraflı
Milli sənət nümunələri

2 Apr

"DUEL" yarışması


02.04.2019 tarixində məktəbimizdə Tarix fənni üzrə "DUEL" yarışmasına start verdik. İlk olaraq meydana 5-lər çıxdı. Azərbaycan və Rus bölməsi şagirdləri arasında keçirilən bu yarışma olduqca gərgin və maraqlı alındı. Finala ən çox xal toplayan 2 komanda: 5A1 və 5A2 komandaları vəsiqə qazandı. Ancaq 5A1-lər Dueldə rəqiblərindən daha güclü oldular.

Daha ətraflı

1 Apr

“Purple Comet Math Meet”


Kompleksimizin şagirdləri Dünyanın 60-dan çox ölkəsində keçirilən “Purple Comet Math Meet” riyaziyyat olimpiadasında 2017-2018-ci tədris ilində 1-ci yeri tutub qalib gəlmişlər.

Daha ətraflı
“Purple Comet Math Meet”

1 Apr

Azərbaycan Milli Kitabxanasının BMTK-ya kitab hədiyyəsi


Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov tərəfindən gənc nəslin dünyagörüşünün artırılması məqsədi ilə Bakı Modern Təhsil Kompleksi kitabxanasına kitablar hədiyyə olundu. Hədiyyə edilmiş kitablar içərisində xeyli sayda uşaq ədəbiyyatı və klassik ədəbiyyat yer almışdır. Bu səbəbdən Kərim Tahirova kitaba və mütaliəyə xüsusi diqqəti üçün təşəkkürümüzü bildiririk.

Azərbaycan Milli Kitabxanasının BMTK-ya kitab hədiyyəsi

31 Mar

BMTK H.Z.Tağıyevin ev muzeyində


Bakı Modern Təhsil Kompleksinin 6-cı sinif şagirdləri 31 Mart 1918-ci il soyqırımı ilə bağlı H.Z.Tağıyevin ev muzeyinə getdilər. Bildiyimiz kimi,Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək üçün onun yaşayış mülkündə tarix muzeyi yaradılmışdır.

Daha ətraflı
BMTK H.Z.Tağıyevin ev muzeyində

27 Mar

“Xəmsə” Milli intellektual oyun


27.03.2019-cu il tarixində məktəbimizdə bu mövsümün sonuncu "Xəmsə" İntellektual Oyununun yarışması baş tutdu. 3/4-cü sinif Rus bölməsinin şagirdləri arasında keçirilən yarışma olduqca maraqlı alındı. Xüsusilə 3R14R2 siniflərinin komandaları böyük intellektual bacarıq nümayiş etdirdilər.

Daha ətraflı
“Xəmsə” Milli intellektual oyun

21 Mar

“Beynəlxalq Poeziya Günü”


21 mart tarixində Bakı Modern Təhsil Kompleksinin kitabxanasında “Beynəlxalq Poeziya Günü” ilə əlaqədar 4 A1, 4 A2, 4 R1 və 4 R2 sinifləri arasında şeir müsabiqəsi keçirildi. 

“Beynəlxalq Poeziya Günü”

18 Mar

Bakı Modern Təhsil Kompleksinin pedaqoji heyəti üçün təlimlər


16 mart 2019 - cu il və 18.03.2019-19.03.2019 - cu il tarixlərində Bakı Modern Təhsil Kompleksinin pedaqoji heyəti üçün  "Müəllimlərin professional stresslərinin idarə oluması", "Ünsiyyət bacarıqlarının artırılması" və "Emosiyaların idarə olunması" üzrə təlimləri keçirilmişdir.

Bakı Modern Təhsil Kompleksinin pedaqoji heyəti üçün təlimlər

15 Mar

Əlifba bayramı


15 mart tarixində BMTK-da 1in1 və 1in2 sinifləri əlifba bayramını keçirdilər. İlk dəfə böyük səhnəyə çıxan 1-ci siniflər nağıllardan səhnəcikləri nümayiş etdirərək sərbəst danışmaq qabiliyyəti, özgüvənləri ilə auditoriyanı heyran etdilər!
BMTK kollektivi olaraq sizinlə fəxr edirik! Uğurlarınız bol olsun!

Əlifba bayramı

15 Mar

BMTK-da Novruz şənliyi!


Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.

Daha ətraflı
BMTK-da Novruz şənliyi!