AZRU

Achievement

«FLL - FIRST LEGO League».

FLL - FIRST LEGO League Mühəndislik və robot texnologiyası üzrə keçirilmiş olimpiadada Bakı Modern Təhsil Kompleksinin Bakı Modern Məktəbinin "Humanoid" komandası "Çempion" adına, Bakı Modern Beynəlxalq məktəbinin "Shooting Stars" komandası isə "Əsas dəyərlər" kateqoriyası üzrə II yerə layiq görülüb.

«RESPUBLIKA FƏNN OLİMPİADALARI QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI

Başa vurduğumuz həftə ölkə əhəmiyyətli hadisə ilə yadda qaldı. 15 may 2018-ci il tarixində Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Bu sevinci Bakı Modern Təhsil Kompleksinin kollektivi böyük qürurla qarşıladı.
Bakı Modern məktəbinin 10-cu sinif şagirdi Kamran Əliyev informatika fənnindən bürünc medal - III yerə layiq görülmüşdür.

“Purple Comet Math Meet” riyaziyyat olimpiadası

Kompleksimizin şagirdləri Dünyanın 60-dan çox ölkəsində keçirilən “Purple Comet Math Meet” riyaziyyat olimpiadasında 2017-2018-ci tədris ilində 1-ci yeri tutub qalib gəlmişlər. Bu il də kompleksimiz həmin olimpiadanın I mərhələsində iştirak etmiş və adları qeyd olunan şagirdlər 360 şagird arasında ən yüksək bal toplayaraq 1-ci yeri tutub, 05.04.2019-cu il tarixində ADA universitetində keçiriləcək final mərhələsinə keçiblər. Riyaziyyat olimpiadasında öz bilikləri ilə öncül olanlar, sizlərlə fəxr edirik!

IV MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏLƏRİNİN QALİBLƏRİ

Bu gün IV Məktəblilərarası fənn müsabiqələrinin nəticələri açıqlandı.
Bakı Modern Təhsil Kompleksinin şagirdləri final mərhələdə uğurla iştirak etmişdirlər.
Rəhman Hacıyev - kimya fənni - I yer,
Rüstəm Nağızadə - fizika fənni - III yer.