AZRU

News

14 Jun

BMTK-da "Son Zəng" tədbiri


14.06.2019-cu il tarixində BMTK-da 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə "Son Zəng" keçirildi. Tədbirdə kompleksin idarə heyəti, şagirdlər, valideynlər və qonaqlar iştirak edirdilər. 
Buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə kompleksin baş direktoru Mina Əliyeva açaraq builki məzunları təbrik edərək onlara gələcək təhsil həyatlarında da uğurlar arzuladı. Eyni zamanda ölkədə təhsil sahəsindəki inkişafdan söz açaraq kompleksin qazandığı uğurlar barədə məlumat verdi.
Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar, rəqslər izləyənlər tərəfindən çox maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcanla gözlədikləri on bir illik məktəb həyatlarının son zəngi çalındı.

"Xəbərlər" bölməsinə qayıtmaq
BMTK-da