AZEN

Новости

18 Oct

18 0KTYABR -Müstəqillik gününüz mübarək!


Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.

Читать далее
18 0KTYABR -Müstəqillik gününüz mübarək!

5 Oct

Müəllim adı uca və şərəflidir.


Əziz müəllimlər!
Sizləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!
Cəmiyyətin mədəni inkişafına, mənəvi təkamülünə xidmət edən müəllim peşəsi həmişə müqəddəs və şərəfli peşələrdən biri hesab edilib, müəllimə hörmətlə yanaşılıb, onun əvəzolunmaz əməyi yüksək qiymətləndirilib.

Читать далее
Müəllim adı uca və şərəflidir.

4 Oct

"Müəllim şagirdlərin gözü ilə"adlı sərgi


04 oktyabr 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində ibtidai sinif şagirdlərinin iştirakı ilə "Müəllim şagirdlərin gözü ilə"adlı sərgi nümayiş etdirilmişdir.Bu kreativ layihənin rəhbəri məktəbin təsviri incəsənət müəllimi Aida Abdurahmanova olmuşdur.Məktəbin lll və lV sinif şagirdlərinin iştirakı ilə keçirilən sərgidə məqsəd şagirdlərin gözü ilə müəllim aləminə səyahət etmək və onlari öz əsərlərində canlandırmaq idi.Muəllim gününə həsr olunmuş bu layihə izləyicilər tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır.

3 Oct

Uşaqlar güllərdən dəyərlidir.


Bakı Modern Təhsil Kompleksi Sizi “Uşaqlar güllərdən dəyərlidir”xeyriyyə aksiyasında iştirak etməyə dəvət edir. Ötən tədris ilində start götürən bu layihə müəllim-valideyn birliyinin şagirdləri humanistliyə, tolerantlığa çağırışı kimi bütün respublika ictimayyətində səs salmış, gənc nəslin təlim-tərbiyəsində müsbət rol oynamışdır. 

Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, Kompleksdə təhsil alan şagirdlərin valideynləri müəllimlərə qoşularaq uşaq evləri, qocalar evlərini, xəstəxanaları ziyarət etmiş, xüsusi qayğıya ehtiyacı olan insanlara nəinki maddi, həm də mənavi dəstək olmuşlar.

Читать далее
Uşaqlar güllərdən dəyərlidir.

3 Oct

“Ümid Yeri” uşaq sığınacağında


“Uşaqlar güllərdən dəyərlidir” xeyriyyə aksiya çərçivəsində “Ümid Yeri” uşaq sığınacağında BMTK-nın şagirdləri tərəfindən 5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə şirniyyat süfrəsi təşkil edilmişdir.Bu dəyərli günü onlarla qeyd etmək bizlər üçün xoş oldu.

“Ümid Yeri” uşaq sığınacağında

30 Sep

Grade 5 project with Ms. Allicia McCorkle


We were working on a culminating task that included a poster and a presentation after completing the 5-step writing process. The title of the assignment was All About Me and was designed to align with the poster of myself that is posted outside my door. Students were given the opportunity to introduce themselves, describe their favorite things, and establish goals for the year.

Grade 5 project with Ms. Allicia McCorkle

28 Sep

Xəmsə intelektual oyun


Bu gün BMTK növbəti uğura imza atmışdır. IX- XI sinif şagirdlərimiz Xəmsə inllektual oyununda iştirak edərək II yerə layiq görülmüşdür.
BMTK-nın baş direktoru Mina xanım Əliyeva Hamlet müəllimi və bütün komanda üzvlərini təbrik edir, gələcəkdə daha böyük uğurlar arzu edir. Uşaqlara dəstək olan şagirdlərimizə və müəllimlərimiz - Solmaz xanıma və Esmira xanıma xüsusi təşəkkürünü bildirib.
Tədris ilimiz əla başladı! 

 

Xəmsə intelektual oyun

28 Sep

Diaqnostik Qiymətləndirmə


28 sentyabr 2019-cu il tarixində Bakı Midern Təhsil Kompleksində VIII siniflər arasında Diaqnostik Qiymətləndirmə keçirilmişdir. VIII sinif BMBM - Riyaziyyat (ingilis dilində), Rus dili (xarici dil kimi), Azərbaycan dili (dövlət dili kimi) fənlərindən imtahan vermişdir. İmtahan 2 saat 15 dəq davam edib. VIII sinif BMM, Azərbaycan bölməsi - Riyaziyyat , İngilis dili (xarici dil kimi), Azərbaycan dili fənlərindən imtahan vermişdir. İmtahan 2 saat 15 dəq davam edib. VIII sinif BMM, Rus bölməsi - Riyaziyyat , İngilis dili (xarici dil kimi), Rus dili, Azərbaycan dili (dövlət dili kimi) fənlərindən imtahan vermişdir. İmtahan 3 saat davam edib. Hər bölmədən iki nəfər valideyn müşahidəçi kimi iştirak etmişdir.

Diaqnostik Qiymətləndirmə

25 Sep

с представительством Россотрудничества в ОКБМ


25 сентября 2019 года в Образовательном Комплексе Баку Модерн состоялось мероприятие, посвященное памяти жертв Ленинградской блокады. Он был организован совместно с представительством Россотрудничества в Азербайджане – Российским информационно-культурным центром в Баку.

Читать далее
с представительством Россотрудничества в ОКБМ

22 Sep

Birincilərin kitabxanaya ekskursiyası


Məktəb kitabxanası ilə tanışlıq ənənəyə uyğun olaraq ekskursiya ilə başlayır. 2019/2020-ci tədris ilində də Bakı Modern Təhsil Kompleksinin birincilərinin kitabxanaya ekskursiyası təşkil edildi. İlk öncə şagirdlər kitabxanada davranış və istifadə qaydaları ilə tanış oldular, daha sonra onlara maraqlı olan hər bir kitab haqqında məlumat verildi. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərdə kitabxana və kitab haqqında ilkin təəssürat yaratmaq, onların gələcəkdə daha savadlı və yaradıcı olmaları üçün mütaliənin vacib olmasını aşılamaq idi. Ümid edirik ki, uşaqlar kitabxananın tez-tez qonaqları olacaqlar və biliklərin mənimsənilməsinə kömək edəcək kitablarla dostluq edəcəklər.

Birincilərin kitabxanaya ekskursiyası