ENRU

Xəbərlər

14 Jun

Son zəng


Bakı Modern Təhsil Kompleksində möhtəşəm "Son zəng" tədbiri keçirildi. Məzunlarımızı təbrik edirik !

Son zəng

13 Jun

Gələcək şagirdlərimiz


13.06.2017-ci il tarixində Bakı Modern Təhsil Kompleksi növbəti ilin birincilərini qarşıladı. Uşaqlar çox maraqlı və əyləncəli gün keçirdilər. Onlar həm təlim-tərbiyə prosesi, həm də dərsdənkənar məşğələlərin formatı ilə tanış oldular. Gələcək şagirdlərimiz BMTK-dan gözəl təəssüratlarla ayrıldılar. Növbəti tədris ilində birincilərimizi səbirsizliklə gözləyəcəyik...!

Gələcək şagirdlərimiz

8 Jun

Əlifba bayramı


Əlifba bayramı birinci siniflərin həyatında ən əlamətdar hadisədir. Nəhayət, onlar insan həyatı üçün vacib olan – oxumağı və yazmağı öyrəndilər. Bu gün hər bir birinci sinif şagirdi üçün xüsusi bir gündür. Şagirdlər 08.06.2017 tarixdə bir il ərzində əldə etdikləri nailiyyətlərinə ana və atalarına nümayiş etdirdilər. Onlar bu tədbirdə müxtəlif şeirlər, mahnılar səsləndirdilər, nağılları səhnələşdirdilər. Bu bayram onların yenilik və bilik dolu məktəb həyatına olan ilkin addımlarıdır.

Əlifba bayramı

3 Jun

BMTK Şamaxı Olimpiya İdman Kompleksində qonaq oldu


BMTK-nin Şamaxı Olimpiya İdman Kompleksinə məzun siniflərin səfəri 03.06-04.06.2017-ci il tarixində baş tutdu. Yadda qalan bu səfər oz rəngarəng tədbirləriylə iştirakçıların hafizəsində gözəl bir iz buraxdı....

BMTK Şamaxı Olimpiya İdman Kompleksində qonaq oldu

28 May

“28 May Respublika Günü”


Bakı Modern Beynəlxalq Məktəbinin 3-cü sinif şagirdlərinin iştirakı ilə “28 May Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi. 3-cü sinif şagirdləri izləyicilərə həm azərbaycan , həm də ingilis dilində “28 may Respublika Günü” haqqında geniş məlumat verdilər. Tədbirdə şagirdlər vətənə aid şeirlər deyir, atalar sözləri, bayatılar söyləyir və mahnılar oxudular. Vətənpərvərlik mövzusuna uyğun səhnəciklər nümayiş etdirdilər. Bununlada şagirdlər yüksək həvəslə hazırladıqları tədbirdə öz vətən sevgilərini bir daha dilə gətirmiş oldular.

“28 May Respublika Günü”

25 May

5 il birlikdə


Bakı Modern Təhsil Kompleksi 25 may 2017-ci il tarixində Heydər Əliyev mərkəzində "5 il birlikdə" adlı təntənəli yubiley konsertini və “Məzun-2017” tədbirini möhtəşəm qeyd etdi

5 il birlikdə

12 May

Həyat bilgisi


Həyat bilgisi fənninin tədrisində çox zaman mövzuya uyğun esselər, posterlər, divar qəzetlərinin hazırlanması və güşələrin yaradılması şagirdlərdə bu fənnə marağı daha da artırır. Hər keçirilən mövzuya uyğun şagirdlər fəallıq göstərərək yarışırlar və bu yarışmaları smart lövhələrlə davam etdirirlər. Növbəti belə yarışma 3a1, 4a1, 4a2 siniflərində baş tutdu.

Daha ətraflı
Həyat bilgisi

10 May

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edildi.


Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tuturlar.
BMTK-nın idarə heyətidə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günü münasibətilə Fəxri xiyabanı ziyarət etmişdilər.

Daha ətraflı
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edildi.

6 May

Beynəlxalq məktəblərin idman yarışı


BMTK-nın İdman və fiziki tərbiyə departamentinin növbəti möhtəşəm uğuru Sabis Sun məktəbində keçirilən beynəlxalq məktəblərin idman çempionatında baş tutdu. 06.05.2017-ci il tarixində məktəbimizin 70 nəfərə yaxın şagird və müəllim kolletivi ilk dəfə keçirilən bu yarışa qatıldı.

Daha ətraflı
Beynəlxalq məktəblərin idman yarışı

2 May

“Virtual Qarabağ”


02.05.2017ci il tarixində Bakı Modern Təhsil Kompleksinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin və birgə təşkil etdiyi “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilmişdir.

Daha ətraflı
“Virtual Qarabağ”