ENRU

Xəbərlər

2 May

“Virtual Qarabağ”


02.05.2017ci il tarixində Bakı Modern Təhsil Kompleksinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin və birgə təşkil etdiyi “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilmişdir.
Tədbirdə iştirak edənlər “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Şuşaya virtual səyahət” adlı videofilmini izlədilər.
Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina xanım Əliyeva çıxışı ilə tədbiri açıq elan etmişdir.
Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərova verildi.
“Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı rəsm müsabiqəsində fərqləndiyinə görə Bakı Modern Təhsil Kompleksinin şagirdləri təltif olunmuşdurlar:
Nağıyeva Zəhra
İsmayılova Nigar
Xələfova Ləman
İsmayılova Şəms
Əzizova Nigar
Ağayeva Aydan
Əlizadə Ləman
Kərimova Züleyxa
Qasımzadə Ziyara
Təməzli Elvira
Əhmədova Nərmin
Mustafayeva Seyidbəyim
Qurbanzadə Arif
8A və 8R sinifləri «Vətənpərvərlik və Qarabağ mövzularında keçirilən dərslərdə fəal iştirakına görə Fəxri fərmanla təltif olunmuşdurlar..
Əminik ki, biz Şuşanın işğalı gününü deyil, Qələbə Günümüzü məhz Şuşada Bülbülün ev-muzeyində qeyd edəcəyik.

"Xəbərlər" bölməsinə qayıtmaq
“Virtual Qarabağ”