ENRU

Xəbərlər

6 May

Beynəlxalq məktəblərin idman yarışı


BMTK-nın İdman və fiziki tərbiyə departamentinin növbəti möhtəşəm uğuru Sabis Sun məktəbində keçirilən beynəlxalq məktəblərin idman çempionatında baş tutdu. 06.05.2017-ci il tarixində məktəbimizin 70 nəfərə yaxın şagird və müəllim kolletivi ilk dəfə keçirilən bu yarışa qatıldı. Böyük mübarizə şəraitində keçən bu yarışmada şagirdlərimiz coxlu uğurlar qazandılar. 3 yaş qrupunda yarışan futbol komandamızın üçü də mükafatın ən yüksək pilləsinə - 1-ci yerə yüksələrək uğura imza atdılar.Qızlardan ibarət basketbol komandamız 2-ci yerə çıxdı. Yüngül atletika yarışında komandamız 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazandı. Üzgüçülük komandamız isə 2 bürünc müdalla qələbələrini yekunlaşdırdılar.
Hər bir qazanılan qələbə BMTK-nın iri addımlarla addımlamasının bariz göstəricisidir!!!

 

"Xəbərlər" bölməsinə qayıtmaq
Beynəlxalq məktəblərin idman yarışı