ENRU

Xəbərlər

12 May

Həyat bilgisi


Həyat bilgisi fənninin tədrisində çox zaman mövzuya uyğun esselər, posterlər, divar qəzetlərinin hazırlanması və güşələrin yaradılması şagirdlərdə bu fənnə marağı daha da artırır. Hər keçirilən mövzuya uyğun şagirdlər fəallıq göstərərək yarışırlar və bu yarışmaları smart lövhələrlə davam etdirirlər. Növbəti belə yarışma 3a1, 4a1, 4a2 siniflərində baş tutdu.
Dərs zamanı yazılan esseləri şagirdlər maraqla oxuyurlar və hansı essenin daha gözəl yazıldığını seçirlər. Güşədə ən yaxşı esse yazan şagird öz adını və işini gördükdə daha da həvəslənir digər uşaqlarda bu bir stimula çevrilir.

"Xəbərlər" bölməsinə qayıtmaq
Həyat bilgisi