ENRU

Xəbərlər

17 Sep

«Bilik günü»2018


Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Bakı Modern Təhsil Kompleksində böyük təntənə ilə qeyd olunmuşdur. Tədbirdə Bakı Modern Təhsil Kompleksinin rəhbərliyi, müəllimlər, qonaqlar və valideynlər iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyeva çıxış edərək müəllimləri, şagirdləri, ilk dəfə məktəbə qədəm qoyan birinciləri təbrik etdi və onlara uğurlar arzuladı. O,öz çıxışında bildirdi ki, kompleksin uğurlarından biri də məzunlarımızın yüksək nəticələrlə ali məktəbə qəbul olunmalarıdır. 
Tədbirdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şeirlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.Tədbirin sonunda yeni dərs ilinin ilk zəngi çalındı və şagirdlər müəllimləri ilə birlikdə siniflərinə üz tutdular.

"Xəbərlər" bölməsinə qayıtmaq
«Bilik günü»2018