ENRU

Xəbərlər

18 Oct

Xeyirxahlıq humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….


BMTK bir məktəb olaraq 7 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə kompleksimizin müəllim və şagird heyəti müxtəlif formalarda xeyriyyə işləri ilə məşğul olmuşlar. Növbəti aksiyaya valideynlərimizi də cəlb etmək üçün onlara müraciət etdik. Valideynlərimizdən xahiş etdik ki, 5 oktyabr müəllimlər günündə BMTK-də dərs deyən müəllim və rəhbər heyətinə verilən gül buketlərinə xərclənən vəsait güllərə yox, bir yerə toplanaraq xeyriyyə məqsədi ilə istifadə olunsun. Rusiyada keçirilən «Uşaqlar güllərdən dəyərlidir» aksiyasına qoşulaq. Məktəbimizin valideynləri bizim çağrışımıza müsbət cavab verdilər və müyyən bir məbləğ yığıldı. Yığılan məbləğ bir neçə xüsusi qayğıya ehtiyacı olan insanlara xərcləndi. Yığılan məbləğdən bir qismi isə Qarabağ Qazilərindən ibarət Futbol komandasına oyun zamanı birdəfəlik yardım məqsədi ilə təqdim olundu. Bundan əlavə isə onların hər biri BMTK tərəfindən əlil çəlikləri ilə təmin ediləcəklər.
Hörmətli valideynlərimiz Sizə öz böyük minnətdarlığımızı bildiririk. Xüsusi qayğıya ehtiyacı olan insan üçün əlil arabası, əlil çəliyi yeriyən ayaq, tutan əl deməkdir. . Gəlin bu sevinci onlara yaşatmaq üçün xeyriyyə aksiyalarına daim dəstək olaq!!!

"Xəbərlər" bölməsinə qayıtmaq
Xeyirxahlıq humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….