ENRU

Xəbərlər

1 Nov

Uğurların bol olsun BMTK!


Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə 2017-2018-ci tədris ilində VI-VII sinif şagirdləri arasında IV Fənn Müsabiqələrində Bakı Modern Təhsil Kompleksinin VII sinif şagirdləri Hacıyev Rəhman kimya fənni üzrə I yer, Nagızadə Rüstəm fizika fənni üzrə III yer tutduğlarına görə diplom, medal və hədiyyələrlə mükafatlandırıblar.
Qeyd edək ki, IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb.

"Xəbərlər" bölməsinə qayıtmaq
Uğurların bol olsun BMTK!