ENRU

Xəbərlər

21 Jan

“Əli və Zümrüdün sehrli xalçası”  


21.01.2019-cu il tarixində Bakı Modern Beynəlxalq Məktəbinin kitabxanasının təşkilatçılığıyla uşaq yazıçısı Əsli Səmədova ilə görüş keçirilmişdir. Kitabxana rəhbəri Ziba Şahbazova yazıçını salamlayaraq dəvəti qəbul edib BMBM şagirdləri ilə görüşə gəldiyi üçün yazıçıya öz minnətdarlığını bildirmişdir.

Öz növbəsində Əsli Səmədova da şagirdlərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək məktəbin 5in sinifləri ilə səmimi söhbətə başlamış və ilk kitabı olan “Əli və Zümrüdün sehrli xalçası” hekayəsi haqqında məlumat vermişdir.

Bu kitabda yazıçı qədim tarixə malik xalçaçılıq sənətini uşaqlar üçün obrazlı şəkildə, sadə dillə təsvir etmiş, hekayədəki simvolik mənaları ən incə detallarla şagirdlərə çatdırmışdır.

Şagirdlərimiz öncədən mütaliə etmiş olduqları kitab haqqında müəllifə suallar ünvanladı. Verilən suallar şagirdlərin kitabı dərindən və böyük həvəslə mütaliə etdiklərini göstərdi. Onu da qeyd edək ki, əsərin müzakirəsi ingilis dilində keçirilmişdir. Sonda Bakı Modern Beynəlxalq Məktəbin icraçı direktoru Samirə Teymurova yazıçıya öz təşəkkürünü bildirərək görüşdən məmnun olduğunu qeyd etdi. Görüşün sonunda yazıçı ilə xatirə şəkli çəkilmiş və şagirdlərin kitabları yazıçı tərəfindən xoş arzularla imzalanmışdır.

"Xəbərlər" bölməsinə qayıtmaq
“Əli və Zümrüdün sehrli xalçası”