ENRU

Xəbərlər

1 Nov

Nağıl qəhrəmanları ilə görüş


01 noyabr 2016-cı il tarixində Bakı Modern Təhsil Kompleksinin 5-ci sinif şagirdləri məktəbin nəzdində fəaliyyət göstərən “Modern Baby” uşaq bağçası - körpələr evinin qonağı olmuşdur. Tədbiri giriş sözü ilə kompleksin direktoru Mina xanım Əliyeva açdı. O, çıxışında ölkəmizdə uşaq ədəbiyyatına olan maraqdan, bu çap əsərlərinin gözəl tərtib olunmasından bəhs etdi. Körpələr müxtəlif nağıl qəhrəmanları ilə : Alonuşka, Zoluşka, Tık-tık xanım, Cırtdan ilə görüşdülər. Nağıl qəhrəmanları balacalara maraqlı nağıllar söyləyərək onları kitab oxumağa səslədi.

Вернуться в раздел "Новости"
Nağıl qəhrəmanları ilə görüş