İbtidai siniflərdə ingilis dili müəllimi
İbtidai siniflərdə ingilis dili müəllimi
Vəzifə öhdəlikləri:
Tədris və tərbiyyə prosesslərinin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun aparılması, ibtidai pillənin dövlət təhsil standartlarının tələblərinə cavab verən təhsil proqramına uyğun olaraq onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;
Müasir tədris metodları, audio və video materiallardan istifadə etməklə şagirdlərdə ingilis dilində danışıq bacarıqlarının səmərəli inkişaf etdirilməsi;
Şagirdlərin ingilis dilində danışıq bacarıqlarının mənimsəmə səviyyəsinin müəyyən edilməsi və davamlı təkmilləşdirilməsi üçün mütəmadi olaraq tapşırıqların, interaktiv oyunların hazırlanması və keçirilməsi;
Tədris etdiyi fənn üzrə təqvim-tematik planlarının hazırlanması, proqram çərçivəsində gündəlik və həftəlik dərsin gedişinin planlaşdırılması;
Şagirdlərin sinifdə və sinifdənkənar fəaliyyətdə davranış qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi;
İbtidai sinif şagirdləri ilə müxtəlif fəaliyyət və layihələrin hazırlanması və həyata keçirilməsi.
Vakansiya tələbləri:
Müvafiq sahə üzrə ali təhsil və ən az bir il pedoqoji təcrübə
Dil bilikləri: İngilis dilində sərbəst ünsiyyət və qrammatik yazı bacarığı
Beynəlxalq dil sertifikatları arzuolunandır
Kompüter bilikləri: Microsoft Office paketi, MimioBoard, Blackboard, Smart Notebook
Təşkilatçı, təşəbbüskar, ünsiyyətcil və komandada işləmək bacarığı
Digər:
İş saatları: 09:00 - 18:00
İstirahət günləri: şənbə və bazar günləri
İş yeri: Bakı Modern Təhsil Kompleksi - Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 218
Əmək haqqı yüksəkdir və müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır
Naharla təminat
Vakansiya üçün son müraciət tarixi: 10.07.2020
Diqqət!
"İşə müraciət anketi" formasını yükləyin, məlumatları daxil etdikdən sonra hr@bakumodernschool.az elektron poçt ünvanına göndərin. Müraciət etdiyiniz vakansiyanın adını qeyd etmək mütləqdir.
Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.