ENRU

Modern Baby - körpələr evi və uşaq bağçası

Haqqımızda

“Modern Baby” uşaq bağçası 2016-cı ilin sentyabrında fəaliyyətə başlayıb. Burada uşaqların hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb. Bağça 10 qrup, 10 yataq, 4 məşğələ, rəqs, rəsm, şahmat, robototexnika, informatika otaqları, hovuz, sinema, akt, idman və gimnastika zallarından ibarətdir.

Həyətyanı ərazidə uşaqlar üçün qumluqlar və yelləncəklərlə təchiz edilmiş oyun meydançaları var.

Təhsil müəssisəmizdə eyni zamanda 150 uşaq tədris ala bilər. Tədris peşəkar müəllim və tərbiyəçilər tərəfindən azərbaycan, rus və ingilis dillərində keçirilir.

Bağçada təlim-tərbiyə işləri uşaqların yaşına və anlaq səviyyəsinə uyğun olaraq müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məzmununu özündə əks etdirir. Uşaqlarla aparılan təlim-tərbiyə metodları onların hərtərəfli inkişafına xidmət edir.

Uşaqların əxlaqi cəhətdən formalaşması nəzərdə tutulur, onların fəallığı, müstəqilliyi təmin edilir, vətənpərvərlik, humanizm və s. hisslərin tərbiyəsinə xüsusi yer verilir, uşaqların mədəni davranış qaydalarına yiyələnmələri həyata keçirilir.

Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun müvafiq bilik verməklə əqli, əxlaqi, fiziki, estetik və praktik işlərə dair bacarıq, vərdişlər aşılanır, nitq və ünsiyyət qaydaları inkişaf etdirilir.

Təlim – tərbiyə prosesi məzmunca yeniləşdirilir, uşaqların fiziki, əqli və psixoloji inkişafı, məktəbə hazırlığı üçün təkan verilir, beynəlxalq təhsil məkanında müasir təcrübələr öyrənilir və tətbiq edilir.

Bağçanın maddi – texniki bazası qabaqcıl standartlara uyğun inkişaf etdirilir və möhkəmləndirilir. Müəssisə lazım olan bərk, yumşaq inventarla, idman avadanlıqları, məşğələlərin aparılması üçün lazım olan əyani və texniki vəsaitlər, ağıllı lövhələr, oyuncaqlar və mətbəx avadanlıqları ilə təchiz edilir.

Təhlükəsizliyi  təmin etmək məqsədilə əraziyə video müşahidə vasitəsilə nəzarət olunur. Bağça mühafizə tərəfindən qorunur.

 0U1A2580  0U1A2633  0U1A2431