Müsabiqə Qaydaları
![]() |
İLKİN SEÇİM
|
TEST İMTAHANI |
|
PEDAQOJİ VƏZİFƏLƏR |
Pedaqoji vəzifələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 70 (yetmiş) sual verilir:
|
QULLUQÇU VƏZİFƏLƏRİ |
Qulluqçu vəzifələri üzrə test imtahanında uğur qazanmaq üçün namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 60 (altmış ) sual verilir:
|
FƏHLƏ PEŞƏLƏRİ |
Fəhlə peşələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə 30 sual verilir:
|
* Test imtahanında hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Suala verilmiş səhv cavab və sualın cavabsız saxlanması düzgün cavabların balına təsir etmir. * Nəzarətçi tərəfindən imtahanın başa çatması elan olunduqdan sonra namizəd imtahan zalını tərk etməlidir. * Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə barədə bildiriş göndərilir. * Uğur qazanmış namizədlərlə testin nəticələri elan edildikdən sonra 14 iş günü ərzində müsahibə keçirilir. Zəruri hallarda göstərilən müddət əvvəlcədən xəbər verilməklə uzadıla bilər. |
MÜSAHİBƏ |
|
Test imtahanın nəticəsində uğur qazanmış namizədlərə müsahibədə iştirakla bağlı bildiriş göndərilir. |
|
* Namizəd bildirişdə göstərilən vaxtda müsahibənin başlanmasına azı 30 (otuz) dəqiqə qalmış müsahibə keçiriləcək ünvanda olmalıdır. * Müsahibə tərkibi azı 3 nəfərdən ibarət olan Müsahibə Komissiyası tərəfindən keçirilir. * Namizədlə müsahibə fərdi qaydada, maksimum 45 dəqiqəyədək aparılır. * Müsahibə zamanı namizədin peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri müəyyən edilir. * Müsahibə zamanı namizədlər sırasından vakansiyanın sayına uyğun ən yüksək bal toplamış namizədlər müsahibədən müvəfəqiyyətlə keçmiş hesab edilir. * Müsahibə yüksək nəticə əldə etmiş, lakin tələb edilən saydan çox namizəd olduğuna görə işlə təmin olunmamış namizədlər kadr ehtiyatı bazasına daxil edilirlər. * Müsahibə nəticəsində eyni bal toplayan namizədlərdən aşağıdakı ardıcıllıqla daha çox balı olan namizəd uğur qazanmış hesab olunur:
* Müsahibə ümumilikdə başa çatdıqdan sonra namizədin müsabiqə nəticələri barədə onlara elektron poçt və ya telefon əlaqəsi vasitəsilə məlumat verilir. * Müsahibədə uğur qazanmamış namizəd yalnız həmin imtahan başa çatdıqdan 3 ay sonra eyni adlı vakansiya üzrə müraciət etmək hüququna malikdir. * Namizədlə eyni vakansiya üzrə 1 il ərzində iki dəfədən artıq müsahibə keçirilmir. |