Xəbərlər
26 Feb
XOCALI SOYQIRIMINI UNUTMA!
Bu gün bəşəriyyətin şahidi olduğu ən amansız soyqırım – Xocalı Soyqırımının üzərindən 29 il ötür.
Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. Dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış əliyalın vətəndaşlarımızın imdad dolu haraylarını unutmadıq, unutmayacağıq!
Allah bütün şəhidlərimizə rəhmət etsin!
23 Feb
Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur
Bakı Modern Təhsil kompleksinin kollektivi Sizi Novruz bayramının ilk çərşənbəsi münasibətilə təbrik edir. Su çərşənbəniz mübarək!
17 Feb
Respublika fənn olimpiadasında yarımfinal turuna vəsiqə alan şagirdlərimiz
2020-2021-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının ilk mərhələsində Bakı Modern Təhsil Kompleksinin 16 şagirdi iştirak etmişdir və 10 şagirdimiz növbəti mərhələyə vəsiqə qazanmişdır. Kompleksimizin adından qalib gələn şagirdlərimizə uğurlar arzulayırıq!
9 Feb
9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür
Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayında qeyd olunur. Qurumun məqsədi əsasən dünya üzrə uşaqlar və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.
Daha ətraflı2 Feb
2 Fevral - Gənclər Günü
2 Fevral Gənclər günü münasibətilə bütün gəncləri ürəkdən təbrik edirik
31 Jan
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Sən də bizlərin qəlbində yaşayırsan, Məmməd Əmin Rəsulzadə!
Məmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Bakı – 6 mart 1955, Ankara) – Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri.
Daha ətraflı27 Jan
Uğur sərhəd tanımır
Bakı Modern Təhsil Kompleksinin şagirdi Nurcan Hacıyeva Rusiyada keçirilən rus dili fənni üzrə II Beynəlxalq onlayn müsabiqədə I dərəcəli diplomla təltif olunub. Nurcanı təbrik edirik, gələcəkdə arzuladığı zirvəyə çatmağı, faydalı içləri, əməlləri ilə daim vətəninə, millətinə baş ucalığı gətirməyi arzulayırıq.
20 Jan
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.Bakı Modern Təhsil Kompleksinin kollektivi 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edir.Allah şəhidlərimizi rəhmət eləsin.
31 Dec
31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü
Bakı Modern Təhsil Kompleksi xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin.
30 Dec
Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyevanın təbriki!
Salam hörmətli həmkarlarım.
Doğma Yurdumuz üçün möhtəşəm tarixi Qələbə ilə xatirəmizdə qalacaq 2020-ci ili yola salırıq.
Həqiqətən, 2020-ci ildə bütün bəşəriyyətin şahidi olduğu və qarşısında diz çökdüyü pandemiya və onun fəsadları, Azərbaycan üçün xəstəlik, virus qarşısında zəiflik yox, QƏHRƏMANLIQ, MİLLİ RUH YÜKSƏKLİYİ, VƏTƏNPƏRVƏRLİK səhifəsi kimi tarixə yazıldı.
Daha ətraflı