ENRU

Xəbərlər

10 May

10 may Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin doğum günüdür


10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
Bu gün Bakı Moderm Təhsil Kompleksinin kollektivi bir daha Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir.
Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdir.
Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. Biz vətəni necə sevməyi, xalqına, millətinə şərəflə xidmət etməyi məhz ondan öyrənmişik. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir.

"Xəbərlər" bölməsinə qayıtmaq
10 may Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin doğum günüdür