ENRU

Xəbərlər

5 Jun

Mikayil Müşfiqin anadan olmasından 112 il ötür


Bu gün Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 112 il ötür. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir.
Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoyub, qədim və qüdrətli Azərbaycan poeziyasında öz yolunu yaradıb. Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

"Xəbərlər" bölməsinə qayıtmaq
Mikayil Müşfiqin anadan olmasından 112 il ötür