ENRU

Xəbərlər

12 Jun

Məzun Gününüz Mübarək!


İnsan həyatının elə anları olur ki, bütün ömrü boyu unudulmur. Belə yaddaqalan günlərdən biri də “Son zəng" günüdür.Məlum səbəblərdən bu il məzun günü təntənəli şəkildə qeyd olunmadı, amma bu o demək deyil ki, builki onbiricilər məzun olmayacaqlar. Bu, məzunlarımızı narahat etməməlidir.
Əziz məzunlar!Biz sizin sağlamlığınızı daha çox düşünürük. Çünki vətənimizin gələcəyi sizin kimi vətənpərvər, dünyagörüşlü, geniş təfəkkürə malik olan gənclərdən asılıdır.
Əziz məzunlarımız!Sizin hər biriniz bizim üçün çox dəyərlisiniz! Həyatın yeni mərhələsinə qədəm qoyan gənclər! Sizə yeni-yeni nailiyyətlər arzulayırıq, yolunuz daim açıq, şansınızın bol olmasını diləyirik! Arzu edirik ki, hər biriniz tələbə adını qazanıb, öz əməllərinizlə vətənimizin adını həmişə zirvələrə qaldırasınız!

"Xəbərlər" bölməsinə qayıtmaq
Məzun Gününüz Mübarək!