ENRU

Xəbərlər

9 Nov

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü


Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.Bakı Modern Təhsil Kompleksinin kollektivi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir. Dövlətimizə sülh və tərəqqi dolu parlaq bir gələcək arzulayır! Bayramımız mübarək!

"Xəbərlər" bölməsinə qayıtmaq
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü