ENRU

Xəbərlər

10 Nov

Uğurlarımız ilə fəxr edirik!


31 oktyabr-06 noyabr 2016-cı ildə Antaliya şəhərində VIII Beynəlxalq Olimpiyada keçirilmişdi.

Forumun təşkilatçıları: Beynəlxalq Rus məktəbi, Antaliyadakı Turizm Akademiyası, Antaliyadakı Rusiya Federasiyasının Konsulluğu tərəfindən təşkil olunmuşdur. 17 ölkə iştirak edirdi .Olimpiyada aşağıdakı fənlər üzrə keçirilmişdi:

Türk dili,fizika, coğrafiya, kimya,biologiya,rus dili,riyaziyyat,ingilis dili,coğrafiya və turizm.

İdman yarışlarında futbol, şahmat, stolüstü tennis üzrə yarış keçirilmişdi.Olimpiyadada iştirak edənlər bədii proqramda, təsviri incəsənət üzrə öz məharətlərini göstəriblər.

Bakı Modern Təhsil Kompleksi 4 rəhbər və 40 şagird təqdim edib.

Antaliya şəhərində VIII Beynəlxalq Olimpiyada da BMTK vətənə uğurla qayıdıb.

Şagirdlərimiz 35 medal qazanıb: 2 qızıl,13 gümüş,20 bürünc.

“Sarı Gəlin” rəqsinin ifasında şagirdlərimiz birinci yerə layiq görülüblər.

Rəqs müəllimi Məmmədov Səbuhi “Qafqaz” rəqsinin ifasına görə ikinci yerə layiq görülüb.

"Xəbərlər" bölməsinə qayıtmaq
Uğurlarımız ilə fəxr edirik!