ENRU

Xəbərlər

21 Apr

Möcüzəli boyalar dünyası


21 aprel 2017-ci il tarixində Bakı Modern Təhsil Kompleksində "Möcüzəli boyalar dünyası"adlı rəsm sərgisi keçirilmişdir.

Sərgidə BMTK-nın "ART" dərnəyində Abdürəhmanova Aida və Süleymanova Cəmilə müəllimənin rəhbərliyi altında məşğul olan ibtidai sinif şagirdlərinin müxtəlif janrlar da çəkilmiş rəsmləri nümayiş olundu.

Çəkilmiş 80-ə yaxın rəsm 2,3,4 -cü sinif şagirdləri Ləman,Canel,Lalə,Məryəm,Zeynəb,Daniel,Aylin,Xədicə,Şahzadə,Selcan,Fidan və Yusifin əllərinin əvəzolunmaz bəhrəsi idi.İbtidai sinif şagirdlərinin ilk sərgisindən valideynlər,müallimlər və şagirdlər yüksək zövq alaraq rəhbərliyə,sərginin təşkilatçilarına öz minnətdarlıqlarını bildirdilər. Belə sərgilərin davamlı olmasını arzu etdilər. 

"Xəbərlər" bölməsinə qayıtmaq
Möcüzəli boyalar dünyası