ENRU

Xəbərlər

27 Apr

AMEA - nın Riyaziyyat Mexanika İnstitutunda görüş


Riyaziyyatın inkişafı və müasir dünyada geniş tətbiqi istər müasir texnologiyalar sahəsində, istər iqtisadiyyatda, istərsə də cəmiyyətin digər fəaliyyət sahələrində yüksək ixtisaslı dərin biliyə malik mütəxəssislərin hazırlanmasını tələb edir . Təkcə orta məktəb riyaziyyat kursu şagirdlərə bu elmin perspektivlərini tam mənası ilə dərk etməyə imkan vermir. Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarını müasir şagirdlərə aşılamaq üçün şagirdlərin bununla bağlı xüsusi mühazirələr, seminarlarda iştirakını təmin etmək gərəkdir.

Bu məqsədlə də Bakı Modern Təhsil Kompleksi riyaziyyatın geniş tətbiqi imkanlarını şagirdlərinə daha dərindən mənimsətmək üçün onların AMEA - nın Riyaziyyat Mexanika İnstitutunda iştirakını təmin etmişdir. Belə ki, 27.04.17 - ci il tarixində BMTK - nın 9 -10 - cu sinif şagirdləri BMM - in direktor müavini Əliyeva Nigar xanımın iştirakı ilə AMEA - nın Riyaziyyat Mexanika İnstitutunda f.r.e.n. Əbdürrəhim Quliyevin “ Çin qalıq teoremi “ və “Ramsey ədədi” mövzusunda keçirdiyi elmi mühazirəsində iştirak etdilər. Sözügedən elmi mühazirədə AMEA Riyaziyyat Mexanika İnstitutunun direktoru, professor Misir Mərdənov və institutun bir çox elmi işçiləri çıxış etdilər.

Bu cür elmi mühazirələrdə iştirak etmək şagirdlərin dünyagörüşünün artırılmasına və öyrəndikləri fənləri daha dərindən mənimsədilməsinə dəstək olur.

"Xəbərlər" bölməsinə qayıtmaq
AMEA - nın Riyaziyyat Mexanika İnstitutunda görüş