ENRU

Xəbərlər

30 Apr

Qaliblər mükafatlandırıldı


Bu il Azərbaycanda 5-ci dəfə məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirilib. Tədbir Bakı Modern Təhsil Kompleksində baş tutdu.Qeyd edək ki, müsabiqə ümumrespublika səviyyəsində keçirilir. Builki yarışda respublikanın 16 rayonundan 102 şagird iştirak edib.

13 müsabiqə mərkəzi yaradılıb.Şagirdlər 2 saat ərzində verilmiş obyektin (fotoşəkilləri verilir) 3D modelini hazırlayıb. Bakı və bölgələrdə müsabiqəyə eyni vaxtda - 11.00-da start verilib. Tapşırıq isə Azərbaycan Milli Kitabxana binası olub.

Müsabiqənin nəticələri də açıqlanıb. Bu barədə daha ətraflı informatik.az saytından məlumat əldə edə bilərsiniz.

2011-ci ildə 7-ci sinif "İnformatika" dərsliyinə daxil edilən Google SketchUp proqramı şagirdlərin çox böyük həvəslə işlədikləri tətbiqi proqramlardandır. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır.

Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı çox uğurlu başlanğıcdır.

"Xəbərlər" bölməsinə qayıtmaq
Qaliblər mükafatlandırıldı