ENRU

Xəbərlər

30 Apr

BMTK-nın növbəti 2 günlük düşərgəsi


29 - 30.04.2017-ci il tarixində BMTK-nın növbəti 2 günlük düşərgəsi Şamaxı Olimpiya Kompleksində baş tutdu. Kompleks Şamaxı şəhərinin gözəl bir güşəsində yerləşirdi. Düşərgədə 60-dan cox uşaq, müəllim və valideynlər istirak edirdi. Kompleks öz möhtəşəm stadionları, üzgüçülük hövuzu, böyük tenis kortu, kiçik tenis və idman zalı tamamilə uşaq və valıdeynlərin ixtiyarına verilmişdi.

2 gün müddətində düşərgədə uşaqlar futbol təlim məşq toplatısı kecirdilər Yerli komandalarla yarışlar təşkil olundu. Üzgüçülük hovuzunda tenis kortu və stolüstü tenis masasında uşaqlar öz güclərini sınadılar. Həmçinin bütün kollektivlə birlikdə Şamaxı Rəsədxanasına ekskursiya təşkil olundu. Düşərgənin sonunda iştirakşılara sertifikatlar təqdim edildi.

"Xəbərlər" bölməsinə qayıtmaq
BMTK-nın növbəti 2 günlük düşərgəsi