ENRU

Xəbərlər

17 Dec

Mənim Bakı haqqında ilk kitabım


14 dekabr tarixində Baku Modern Təhsil Kompeksinin III və IV sinif şagirdləri ilə görüşə çox maraqlı bir qonaq gəldi. O, hamının sevimlisi Bəhram Bağırzadə idi. Şagirdlər bu görüşdən ilhamlanaraq ona çox sayda maraqlı suallar ünvanladılar. Bəhram Bağırzadə “Mənim Bakı haqqında ilk kitabım” adlı kitabını imzalayaraq şagirdlərimizə təqdim etdi. O ümid edir ki, uşaqlar bu kitabı oxuduqdan sonra biliklərini və ünsiyyət bacarıqlarını təkmilləşdirəcəklər.

Mənim Bakı haqqında ilk kitabım

12 Dec

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür.


12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Bakı Modern Təhsil Kompleksinin müəllim və şagird heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür.

11 Dec

“Xəmsə” Milli İntellektual oyun


11 dekabr 2018-ci il tarixində Bakı Modern Təhsil Kompleksində bu ilki mövsümün ilk yarışması baş tutdu. İlk olaraq Xəmsə İntellektual Oyun üzrə başlayan yarışmada 5-6-cı sinif şagirdləri bilik və bacarıqlarını sınadı. Gərgin, eyni zamanda olduqca maraqlı keçən oyunda 6A1 komandası qalib gəldi.

Daha ətraflı
“Xəmsə” Milli İntellektual oyun

3 Dec

Beynəlxalq Əlilər Gününə həsr edilmiş tədbir


03.12.2018-ci il tarixində BMTK-da Beynəlxalq Əlilər Gününə həsr edilmiş Azərbaycan Milli Paraolimpiya Komitəsi, Qarabağ Qaziləri Amputant Futbol komandasının və Bakı Modern Təhsil Kompleksinin birgə tədbiri keçirilmişdir.

Beynəlxalq Əlilər Gününə həsr edilmiş tədbir

27 Nov

Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü


27.11.2018-ci il tarixində Bakı Modern Təhsil Kompleksinin kitabxanasında 20 noyabr “Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü” ilə bağlı tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Həyat xanım Axundova açaraq bu əlamətdar günlə bağlı öz münasibətini bildirdi və şagirdlərə hüquqları haqqında geniş məlumat verdi.

Daha ətraflı
Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü

22 Nov

Şükran bayramı


22 Noyabr 2018-ci il tarixində Baku Modern Təhsil Kompleksində təhsil alan şagirdlər Şükran bayramını qeyd etdilər. Onlar böyük süfrə açıb, yeməkləri bir-birləri ilə paylaşdılar.

Şükran bayramı

15 Nov

İTV-də "Xəmsə" intelektual oyun


Hər il Kompleksimizin şagirdləri İTV-də keçirilən "Xəmsə" intellektual oyununda iştirak edirlər. III, IV sinif şagirdlərimiz iki dəfə respublika birincisi olublar. Bu il də biz yarışa qatıldıq. III, IV və V, VI sinif şagirdlərimiz II yerə layiq olublar. Kompleksin növbəti uğuru münasibəti ilə Sizi ürəkdən təbrik edirik, can sağlığı, gələcəkdə yeni-yeni nailiyyətlər diləyirik. Hamlet müəllim, Könül müəllimə, Yeganə müəllimə, Samirə müəlliməyə xüsusi təşəkkürümüzü bildiririk.

İTV-də

8 Nov

9 noyabr - Bayraq günü .


9 noyabr - Azərbaycanda Dövlət Bayrağı günüdür.

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında

Daha ətraflı
9 noyabr - Bayraq günü .

1 Nov

Uğurların bol olsun BMTK!


Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə 2017-2018-ci tədris ilində VI-VII sinif şagirdləri arasında IV Fənn Müsabiqələrində Bakı Modern Təhsil Kompleksinin VII sinif şagirdləri Hacıyev Rəhman kimya fənni üzrə I yer, Nağızadə Rüstəm fizika fənni üzrə III yer tutduğlarına görə diplom, medal və hədiyyələrlə mükafatlandırıblar.

Daha ətraflı
Uğurların bol olsun BMTK!

18 Oct

Xeyirxahlıq - humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….


BMTK bir məktəb olaraq 7 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə kompleksimizin müəllim və şagird heyəti müxtəlif formalarda xeyriyyə işləri ilə məşğul olmuşlar. Növbəti aksiyaya valideynlərimizi də cəlb etmək üçün onlara müraciət etdik. Valideynlərimizdən xahiş etdik ki, 5 oktyabr müəllimlər günündə BMTK-də dərs deyən müəllim və rəhbər heyətinə verilən gül buketlərinə xərclənən vəsait güllərə yox, bir yerə toplanaraq xeyriyyə məqsədi ilə istifadə olunsun.

Daha ətraflı
Xeyirxahlıq - humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….