ENRU

Xəbərlər

15 Mar

BMTK-da Novruz şənliyi!


Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.

Daha ətraflı
BMTK-da Novruz şənliyi!

15 Mar

“Modern Baby” körpələr evində Kukla Teatrı


Novruz bayramı milli bayram olduğu kimi uşaqları milli ruhda tərbiyələndirir.

14 mart tarixində Modern Baby-də balacalar üçün Kukla Teatrı nümayiş olundu. Milli nağılları böyük həvəslə izləyən körpələr Azərbaycan nağılları ilə yaxından tanış olmuş və yüksək əhval-ruhiyyə ilə tamaşadan ayrılmışlar.

“Modern Baby” körpələr evində Kukla Teatrı

15 Mar

“İSO 9001 Keyfiyyətin İdarəolunması Beynəlxalq standartı” üzrə təlim


11-15 mart 2019 - cu il tarixlərində Bakı Modern Təhsil Kompleksinin  işçi heyəti üçün  “İSO 9001 Keyfiyyətin İdarəolunması  Beynəlxalq standartı” üzrə təlimlər keçirilmişdir.Təlimlər Türkiyə Respublikasının Türk Standartları İnstitutundan  dəvət olunmuş beynəlxalq təlimçilər tərəfindən təşkil olunmuşdur.

Daha ətraflı
“İSO 9001 Keyfiyyətin İdarəolunması  Beynəlxalq standartı” üzrə təlim

14 Mar

“Mənim Vətənim – Azərbaycan”


Novruz bayramı ərəfəsində 2 r3 sinfinin uşaqları “Mənim Vətənim – Azərbaycan” adlı layihə hazırladılar. Uşaqlar təqdimatlar, divar qazeti və videorolik hazırladılar. Amma uşaqlar üçün ən yaddaqalan martın 14-ü keçirilən “Turac haqqında əfsanə” tamaşası oldu. Hər uşağın həyatında ilk ədəbiyyat əsəri nağıl olur.

Daha ətraflı
“Mənim Vətənim – Azərbaycan”

12 Mar

Yuri Qaqarinin 85 illiyi


12 mart 2019-cu il tarixində Rusiyanın İnformasiya və Mədəniyyət Mərkəzinin (RICC) təşkilatçılığı ilə "Bakı Modern" Təhsil Kompleksində planetin ilk kosmonavtı Yuri Qaqarinin doğulmasının 85 illiyi münasibətilə bayram tədbiri keçirildi.

Daha ətraflı
Yuri Qaqarinin 85 illiyi

6 Mar

Kitabxanaya hədiyyə


Tarixi yaşadan, nəsilləri bir-birinə qovuşduran məhz kitablardır. Kitab mütaliəsi insanın şəxsiyyət kimi formalaşmasında, onun əqli, zehni, əxlaqi və estetik zövqünün inkişafında əvəzsiz rol oynayır. Oxucunun hərtərəfli inkişafı, onun mədəni səviyyəsinin və biliyinin artması, söz ehtiyatının zənginləşdirmək məqsədilə  Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva tərəfindən kitabxanamıza xeyli sayda uşaq ədəbiyyatı hədiyyə edilmişdir. Bu səbəbdən Mina xanıma kitabxanaya və mütaliəyə xüsusi diqqət ayırdığı üçün dərin təşəkkürümüzü bildiririk.

Kitabxanaya hədiyyə

6 Mar

Azerkosmosa ekskursiya


6 mart 2019-cu il tarixində BMTK-nın şagirdləri Cənubi Qafqazda ilk peyk aparatı olan Azerkosmosda ekskursiyada oldular. Şagirdlər Azerspace1, Azerspace2, Azersky telekommunikasiya peykləri ilə tanış oldular. Kosmonavtların yaşam və iş şəraiti haqqında məlumatlar əldə etdilər. Onlar mühəndis və proqramçılarla görüşüb dəyirmi masada söhbət etdilər. Onları maraqlandıran suallara cavab tapdılar. Bundan başqa, digər peyklər, kosmik gəmilər və onların iş prinsipi ilə də tanış oldular.

Azerkosmosa ekskursiya

6 Mar

Sumqayıt Texnologiyalar Parkına ekskursiya


Uşaqlarda mühəndislik peşəsinə maraq yaratmaq və onları maarifləndirmək məqsədilə BMTK-nin şagirdləri Sumqayıt Texnologiyalar Parkına ekskursiyaya getdilər.

Daha ətraflı
Sumqayıt Texnologiyalar Parkına ekskursiya

5 Mar

"Maslenitsa" bayramı


Hər zaman olduğu kimi, Bakı Modern Təhsil Kompleksində bütün xalqların bayramları keçirilir. Bu il də, 5 mart tarixində BMTK-da slavyan xalqlarının qədim bayramlarından olan bahar və günəş bayramı - "Maslenitsa" qeyd edildi. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

2 Mar

“Ümumdünya Ucadan Oxu Günü”


Hər il mart ayının 2-si LitWorld şirkətinin təşəbbüsü ilə “Ümumdünya Ucadan Oxu Günü” qeyd olunur. Ucadan oxuya qulaq asan uşaqlar, tezliklə sərbəst oxumağı öyrənməyə can atırlar. Sərbəst oxuma zamanı uşaqlar fikirlərini mətn üzərində toplaya bilmir və bütünlüklə kitabı başa düşə bilmirlər, buna görə də kitabxanaçı ilə söhbət oxunulanları anlamaqda böyük rol oynadığı kimi, həm də onu emosional dərk etməyə də kömək edir.

Daha ətraflı
“Ümumdünya Ucadan Oxu Günü”