ENRU

Xəbərlər

18 Oct

Xeyirxahlıq - humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….


BMTK bir məktəb olaraq 7 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə kompleksimizin müəllim və şagird heyəti müxtəlif formalarda xeyriyyə işləri ilə məşğul olmuşlar. Növbəti aksiyaya valideynlərimizi də cəlb etmək üçün onlara müraciət etdik. Valideynlərimizdən xahiş etdik ki, 5 oktyabr müəllimlər günündə BMTK-də dərs deyən müəllim və rəhbər heyətinə verilən gül buketlərinə xərclənən vəsait güllərə yox, bir yerə toplanaraq xeyriyyə məqsədi ilə istifadə olunsun.

Daha ətraflı
Xeyirxahlıq - humanistlik, alıcənablıq, nəciblik, şəfqət deməkdir….

6 Oct

Uğur yenə də bizimlədir !!!


6 oktyabr Azərbaycanda II Robot Olimpiadası keçirildi. 54 komanda arasında keçirilən olimpiada da Bakı Modern Təhsil Kompleksinin 10 komandası iştirak edirdi. Əzimkarlqla işimiz öz bəhrəsini verdi. Belə ki, 1 qızıl, 3 gümüş və 1 bürünc medalla qalib olaraq ölkəmizi 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında təmsil edəcəyik.

Hamını təbrik edirik!

Uğur yenə də bizimlədir !!!

5 Oct

5 oktyabr - Beynəlxalq Müəllim günüdür.


Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

Daha ətraflı
5 oktyabr - Beynəlxalq Müəllim günüdür.

1 Oct

RealMadrid Futbol Akademiyası


Real Futbol Akademiyası BMTK- da yeni tədris ilinin futbol məşğələlərinə start verdi...

Bu məşğələlərin keçirilməsi bu gün Azərbaycan uşaq futbolunun inkişafı üçün çox önəmlidir. Real Madrid Futbol klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. 




RealMadrid Futbol Akademiyası

30 Sep

“Öncə tənəffüs” adlı festival.


30 sentyabr Bakı Modern Təhsil Kompleksinın şagirdləri YARAT Müasir İncəsənət Məkanında keçirilən “Öncə tənəffüs” adlı festivalda fəal iştirak etdilər.

“Öncə tənəffüs” adlı festival.

19 Sep

Təbrik edirik!


Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına, milli - mənəvi dəyərlərin qorunmasında, idmana sevgi hisslərinin şagirdlər arasında layiqincə təbliğ etdiyinə görə Bakı Modern Təhsil Kompleksin idman müəllimi Kəmalə Bağırova fəxri fərmanla təltif olunub.

Təbrik edirik!

17 Sep

«Bilik günü» 2018


Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Bakı Modern Təhsil Kompleksində böyük təntənə ilə qeyd olunmuşdur. Tədbirdə Bakı Modern Təhsil Kompleksinin rəhbərliyi, müəllimlər, qonaqlar və valideynlər iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyeva çıxış edərək müəllimləri, şagirdləri, ilk dəfə məktəbə qədəm qoyan birinciləri təbrik etdi və onlara uğurlar arzuladı.

Daha ətraflı
«Bilik günü» 2018

4 Jul

IV Məktəblilərarası Fənn Müsabiqələrinin qalibləri


Bu gün IV Məktəblilərarası Fənn Müsabiqələrinin nəticələri açıqlandı. Bakı Modern Təhsil Kompleksinin şagirdləri final mərhələdə uğurla iştirak etmişdirlər. 


Rəhman Hacıyev - kimya fənni - I yer,
Rüstəm Nağızadə - fizika fənni - III yer.

IV Məktəblilərarası Fənn Müsabiqələrinin qalibləri

15 Jun

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması


Başa vurduğumuz həftə ölkə əhəmiyyətli hadisə ilə yadda qaldı. 15 may 2018-ci il tarixində Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 


Bu sevinci Bakı Modern Təhsil Kompleksinin kollektivi böyük qürurla qarşıladı. Bakı Modern məktəbinin 10-cu sinif şagirdi Kamran Əliyev informatika fənnindən bürünc medal - III yerə layiq olunmuşdur.

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması

13 Jun

Elementary school graduation.


On June 13th grade 5 students of BMIS celebrated their graduation. 
We wish them good luck in Middle School.

Elementary school graduation.