Xəbərlər
26 Jun
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi.
Daha ətraflı15 Jun
15 İyun - Milli Qurtuluş Günü
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
Daha ətraflı12 Jun
Məzun Gününüz Mübarək!
İnsan həyatının elə anları olur ki, bütün ömrü boyu unudulmur. Belə yaddaqalan günlərdən biri də “Son zəng" günüdür.Məlum səbəblərdən bu il məzun günü təntənəli şəkildə qeyd olunmadı, amma bu o demək deyil ki, builki onbiricilər məzun olmayacaqlar. Bu, məzunlarımızı narahat etməməlidir.
Əziz məzunlar!Biz sizin sağlamlığınızı daha çox düşünürük. Çünki vətənimizin gələcəyi sizin kimi vətənpərvər, dünyagörüşlü, geniş təfəkkürə malik olan gənclərdən asılıdır.
6 Jun
221 год со дня рождения Александра Сергеевича Пушкина
Сегодня день рождения Алекса́ндра Серге́евича Пу́шкина.
Алекса́ндр Серге́евич Пу́шкин — русский поэт, драматург и прозаик, заложивший основы русского реалистического направления, критик и теоретик литературы, историк, публицист; один из самых авторитетных литературных деятелей первой трети XIX века.
5 Jun
Mikayil Müşfiqin anadan olmasından 112 il ötür
Bu gün Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin anadan olmasından 112 il ötür. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir.
Daha ətraflı1 Jun
1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”
Bakı Modern Təhsil kompleksinin kollektivi 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt və firavan gələcək arzu edir.
Bayramınız mübarək əziz uşaqlar!
28 May
28 May Azərbaycanın milli bayramı - Respublika Günüdür
Bakı Modern Təhsil Kompleksinin kollektivi Respublika Günü münasibətilə xalqımızı təbrik edir. Dövlətimizə sülh və tərəqqi dolu parlaq bir gələcək arzulayır!
24 May
Ramazan Bayramınız Mübarək!
Bakı Modern Təhsil Kompleksinin kollektivi Mübarək Ramazan bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir.
Ramazan ayında tutduğunuz orucun, etdiyiniz dualar və niyyətləriniz Allah dərgahında qəbul olunması diləyi ilə hər kəsə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK!
21 May
IX sinif şagirdləri buraxılış imtahanlarında uğurla iştirak etmişdir.
1 mart 2020-ci il tarixində Respublikamızda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilmişdir. İmtahanda iştirak edən şagirdlərin hər fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri 20 mart 2020-ci il tarixində elan edilmişdir. Bu balları 2019-2020-ci illərdə keçirilən imtahanların 1-ci və 2-ci mərhələlərində topladığı ballar arasındakı statistik
Daha ətraflı19 May
Riyaziyyat fənnindən onlayn sertifikat
Bakı Modern Təhsil Kompleksinin şagirdləri COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq riyaziyyat fənnindən keçirilən "online dərs" lərdə fəal iştirak etdiyinə və verilən tapşírıqları vaxtında yerinə yetirdiyinə görə riyaziyyat müəllimi Nərgiz Hacıyeva tərəfindən onlayn sertifikatla təltif olundular.
Şagirdlərimizi və onların müəllimini təbrik edirik!