AZRU

News

20 Jan

20 Yanvar - Ümumxalq Hüzn Günü


20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.Bakı Modern Təhsil Kompleksinin kollektivi 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edir.Allah şəhidlərimizi rəhmət eləsin.

20 Yanvar - Ümumxalq Hüzn Günü

31 Dec

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü


Bakı Modern Təhsil Kompleksi xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin.

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü

30 Dec

Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyevanın təbriki!


Salam hörmətli həmkarlarım.

Doğma Yurdumuz üçün möhtəşəm tarixi Qələbə ilə xatirəmizdə qalacaq 2020-ci ili yola salırıq.

Həqiqətən, 2020-ci ildə bütün bəşəriyyətin şahidi olduğu və qarşısında diz çökdüyü pandemiya və onun fəsadları, Azərbaycan üçün xəstəlik, virus qarşısında zəiflik yox, QƏHRƏMANLIQ, MİLLİ RUH YÜKSƏKLİYİ, VƏTƏNPƏRVƏRLİK səhifəsi kimi tarixə yazıldı.

Read more
Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyevanın təbriki!

24 Dec

24 Dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür


İkinci Qarabağ müharibəsində(27 sentyabr-10 noyabr) Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın, 2020-ci ilin ən mühüm və ən parlaq hadisələrindən biri oldu. Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyəti düşmənin iradəsini sındırdı.

Read more
24 Dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

22 Dec

7int2 sinif şagirdi Mete Namazov Beynəlxalq olimpiada da iştirak edib


Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri təşkil edilib. 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formada keçirilib. Sözügedən yarışda Bakı Modern Təhsil Kompleksinin 7int2 sinfinin şagirdi Mete Namazov da uğurla iştirak edib. Şagirdimiz daha bir qələbəyə imza atmışdır. O, “Foksford” onlayn məktəbdə keçirilən riyaziyyat və informatika fənnləri üzrə XV Beynəlxalq olimpiada da iştirak edərək I dərəcəli diplomlara layiq görülmüşdür. Mete səni təbrik edirik, uğurların bol olsun.

7int2 sinif şagirdi Mete Namazov Beynəlxalq olimpiada da iştirak edib

12 Dec

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.


Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. 
Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth etdi. Ali Baş komandan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və 30 illik torpaq həsrətinə son qoydu.

Read more
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

8 Dec

Vətənpərvərlik mövzüsunda rəsm sərgisi


44 günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl azadlıq tarixi yazdı. O azadlıq ki şəhidlərin qanı,qazilərin sağlamlığı hesabına qazanıldı.
Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğullarının qan yaddaşımızdakı işğal tarixinin üstündən xətt çəkilməsini yaxından izləyən BMTK-nın şagirləri də bu qələbə ilə qürur duyduğunu vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri ilə bildirdilər.

Vətənpərvərlik mövzüsunda rəsm sərgisi

4 Dec

"Əsgərə məktub" layihəsi


Baki Modern Təhsil Kompleksində həyata keçirilən layihələrdən biri "Əsgərə məktub"dur. Bütün kompleksin şagirdləri tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirlər. Arzuların, istəklərin məzmunu şagirdlərin arzusudur. Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir.

17 Nov

17 Noyabr - Milli Dirçəliş Günü


Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. O vaxt, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 Noyabr - Milli Dirçəliş Günü

12 Nov

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü


zərbaycan Respublikasının Konstitusiya günü - Azərbaycan Respublikasının əsas qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

Read more
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü