AZRU

News

9 Feb

9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür


Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayında qeyd olunur. Qurumun məqsədi əsasən dünya üzrə uşaqlar və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir. Pandemiya şəraitinə uyğun olaraq Bakı Modern Təhsil Kompleksinin informatika müəllimləri Beynəlxalq Təhlükəsiz İnternet Günündə internetdən təhlükəsiz istifadə üzrə onlayn dərslər təşkil ediblər.Dərs müddətində informatika müəllimləri tərəfindən şagirdlərə internetdən istifadə zamanı üzləşə biləcəkləri kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə xüsusi təqdimat nümayiş etdirilib və Təhlükəsiz İnternet Günü ilə əlaqədar hazırlanmış tapşırıqlar yerinə yetirilməsi üçün şagirdlərə təqdim edilib. Şagirdlər tərəfindən təhlükəsiz internet mövzusunda maraqlı təqdimatlar hazırlanaraq nümayiş olunub.

"Xəbərlər" bölməsinə qayıtmaq
9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür